Günün ulduz falı (09.03.2015)

loading...

QOÇ – Ətrafınızda olan bədxah adamların sayı xeyli artıb. Elə güman etməyin ki, onların öhdəsinidən gəlmək mümkün deyil. Sadəcə, ədalət prinsiplərinə söykənməklə onlara qalib gəlmək olar.

BUĞA – Martın 8-i müəyyən mənada gərgin gündür. Proseslərin inkişafı iradənizin ziddinə gedə bilər. Odur ki, özünüzü ələ almalısınız. Sabahsa perspektivli görüşlərdə iştirakınız mümkündür.

ƏKİZLƏR – Sağlıq durumunuzun qayğısına qala bilsəniz, hər iki gündə heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, bu gün nahardan sonra bir-birinin ardınca yaxşı xəbərlər eşidəcəksiniz.

XƏRÇƏNG – Əmin olmadığınız şeylər barədə verdiyiniz vədlərə görə indi başınız ağrıyır. Bu səbəbdən də incikliklər artmaqdadır. Maksimum tədbirli olun. Tələsik qərar çıxarmayın.

ŞİR – Daha çox sevgi istiqamətində uğurlarınız mümkündür. Fəaliyyət və pul məsələlərində isə hələlik gözləmə mövqeyi seçin. Heç kimə əmin olmadığınız cavabı verməyin. Riskdən qaçın.

QIZ – Ulduzlar şəxsi büdcənizi artırmaq üçün sizə yardımçı olacaq. Bu baxımdan bütün alacaqlarınızı əldə etmək üçün boş durmamalısınız. Martın 9-da yaxın ünvanlara qonaq gedin.

TƏRƏZİ – Bu günlərdə insanlarla əlaqələrinizi genişləndirməyə çalışın. Çünki ulduzlar münasibətlərin yüksək səviyyədə olacağından xəbər verir. Bu axşam qonaq qəbul etmək üçün səmərəlidir.

ƏQRƏB – İxtiyarınızda olan bu bayram ərəfəsi kifayət qədər uğurlu olacaq. İstər yeni sövdələşmələrdə, istərsə də şəxsi büdcənizi tənzimləməkdə Göy qübbəsi sizə yardımçı olacaq.

OXATAN – Şəxsi həyatınızda müsbət dönüş gözlənilir. Amma gərək qarşıya qoyduğunuz planları axşama qədər reallaşdırasınız. Əks təqdirdə sonrakı müddətdə buna imkanınız olmayacaq.

OĞLAQ – Maraqlı ərəfə yaşayacaqsınız. Hətta martın bu günlərində hədsiz sevincinizə səbəb olan bir neçə xəbər də eşidə bilərsiniz. Bununla yanaşı, varlanmaq ehtimalınız da var.

SUTÖKƏN – Əgər dinə zidd addımlardan uzaq ola bilsəniz, heç bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Heç kimə yalan vəd verməyin. Sabah vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

BALIQLAR – Yeni əlaqələr yaratmaq istəyirsinizsə bu tarixdən maksimum istifadə edin. İşlətdiyiniz hər bir kəlmənin məsuliyyətini hiss edin. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.

loading...
Şərh yaz