Günün ulduz falı (09.09.2014)

astrologiya
loading...

QOÇ – Ümumi məziyyətlərinə görə qənaətbəxş təqvimdir. Xüsusən də saat 14-16 aralığında hansısa xoş bir hadisəylə rastlaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın.

BUĞA – Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Odur ki, müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.

ƏKİZLƏR – Ulduzlar bu təqvimi daha çox istirahətə ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, ikili gəzintilərə aludə olmağa dəyər.

XƏRÇƏNG – Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

ŞİR – Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etmək, kimsəsizləri sevindirmək böyük savab qazandıra bilər. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

QIZ – Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.

TƏRƏZİ – Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Özünüzü soyuqdəymədən qoruyun.

ƏQRƏB – Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsanız, ehtiyatlı olun.

OXATAN – Maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyim alın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

OĞLAQ – Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

SUTÖKƏN – Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

BALIQLAR – Sağlıq durumunuzda və fəaliyyət istiqamətində problemləriniz gözlənilsə də, qalan işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

loading...
Şərh yaz