Günün ulduz falı (10.03.2015)

loading...

QOÇ – Bu gün sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Mənəvi dəyərlərinizi qorumağa çalışın. Ağır işlərə isə girişməyin.

BUĞA – Ötən ongünlükdə icra edə bilmədiyiniz planlara yenidən baxmağınız vacibdir. Əgər özünüzü qalmaqallardan qoruya bilsəniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.

ƏKİZLƏR – Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünki həmin ərəfədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.

XƏRÇƏNG – Maliyyə problemlərinizin mövcudluğunu görən ulduzlar sizə kömək etmək istəyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütox olun. Bu axşam bütün dəvətləri qəbul edin.

ŞİR – Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.

QIZ – Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.

TƏRƏZİ – Mövcud problemlərinizin həllində ətrafınızda olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizədir. Axşam yeniliklərin şahidi olacaqsınız.

ƏQRƏB – Ay bürcünüzdə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün daha çox yeni, işgüzar sövdələşmələrdə uğurlarınız mümkündür.

OXATAN – O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagəlməzliklər, digər tərəfdənsə münaqişələrə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.

OĞLAQ – Düşərli ərəfədir. Bəxtinizin gətirəcəyinə şübhəniz olmasın. Saat 15-18 arasını bütünlüklə sevgiyə həsr etməklə mənəvi rahatlıq tapacaqsınız. Amma səhhətinizi də qorumalısınız.

SUTÖKƏN – Qonşu və ya qohumlarınızla, eləcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. Ola bilsin səfərə də çıxasınız. Saat 17-dən sonra işgüzar əlaqələri dərinləşdirin.

BALIQLAR – Öz gücünüzə nə qədər arxayın olsanız da, həlledici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.

loading...
Şərh yaz