Günün ulduz falı (10.09.2014)

astrologiya
loading...

QOÇ – Yalnız iş yerində müsbət ovqat qazana bilərsiniz. Ailə və digər sahələrdə isə hər şey zövqünüzə zidd ola bilər. Riskli hərəkətlərə yol verməyin. Vaxt tapıb ziyarətgaha gedin.

BUĞA – İşgüzar fəaliyyətə başlamaq üçün gözəl ərəfədir. Ələlxüsus da ikitərəfli əməkdaşlıq böyük səmərə verə bilər. Odur ki, əzmkarlığınızı artırmalı, öz gücünüzə inanmalısınız.

ƏKİZLƏR – Kifayət qədər düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində uğurlarınız çox olacaq. Yeganə bürcsünüz ki, ulduzlar sizə böyük qazanc vəd edir.

XƏRÇƏNG – Astroloji göstəricilərə görə, günün birinci yarısını müəyyən qədər yorğun tərzdə başa vuracaqsınız. Saat 14-dən sonra isə maraqlı hadisələrin iştirakçısı olacaqsınız.

ŞİR – Göy qübbəsi səhhətinizdə mənfi çalarların olduğunu göstərir. Hər şeydən əvvəl canınızın qeydinə qalın. Nahardan sonra maraqlı sövdələşmələr və bir qədər də qazanc gözlənilir.

QIZ – Karyeranızda əsaslı dönüş etmək üçün bu təqvimin əhəmiyyəti böyükdür. Ona görə də, bütün mümkün potensialınızdan maksimum yararlanmağa çalışın. Öz daxili gücünüzə inanın.

TƏRƏZİ – Qarşılıqlı münasibətlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Amma etiraf edin ki, bunun səbəbkarı daha çox özünüzsünüz. Çalışın hər bir situasiyaya reallığın gözü ilə baxasınız.

ƏQRƏB – Günün ümumi mənzərəsi gərgin fonla müşayiət olunduğundan özünüzü ələ almağı bacarmalısınız. Özünüzü hamıdan üstün tutmaqla yalnız adınızı hörmətdən sala bilərsiniz.

OXATAN – Yaxşı olar ki, günün əsas vaxtını Tanrı ilə tək qalmağa həsr edəsiniz. Keçdiyiniz həyat yoluna, səhv və yanlışlıqlara nəzər salıb çatışmazlıqları aradan qaldırın.

OĞLAQ – Çox uğurlu gündür. Fəaliyyətlə bağlı qarşınıza qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıra biləcəksiniz. Ulduzlar gün ərzində əsəblərinizi qorumağı da tövsiyə edir.

SUTÖKƏN – Ümumən gərgin gündür. Unutmayın ki, ətrafınızda olanların əksəriyyəti xəbis və yalançı adamlardır. Belə mühitdə isə ədalət arzusuna düşmək asan deyil. Axşam gəzintiyə çıxın.

BALIQLAR – Biznes sövdələşmələri üçün çox uğurlu vaxtdır. Bu barədə zaman xeyrinizə işləyəcək. Amma saat 18-dən sonra başlıca vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır.

loading...
Şərh yaz