Günün ulduz falı (13.02.2015)

loading...

QOÇ – Ulduzlar bir an da boş oturmamağı məsləhət görür. Mühüm sirlərinizi başqalarına açmayın ki, sonra sizə əngəl yaratmasınlar. Bu füsunkar təqvimin bütün öhdəliklərinə doğru qətiyyətlə irəliləyin.

BUĞA – Qarşınızda romantik bir gün durur. Bu səbəbdən də fəaliyyətə ara verib ürəyinizə yaxın insanlarla bir yerdə olun. Ailə-sevgi münasibətlərində təşəbbüskarlığı ələ alın.

ƏKİZLƏR – Səhhətinizdə və ovqatınızda neqativ halların baş qaldırması fəaliyyətinizdə xoşagəlməzlik yarada bilər. Bu səbəbdən istirahət etmək və ya səfərə çıxmaq sizi sakitləşdirə bilər.

XƏRÇƏNG – Planetlərin bürcünüzdəki neqativ quruluşu müəyyən vaxt ərzində riskdən və gizli sövdələşmələrdən uzaq olmağınızı tövsiyə edir. Olduqca ehtiyatlılıq göstərməli, müdafiəni gücləndirməlisiniz.

ŞİR – Fiziki işlərlə olmasa da, zehni və mənəvi məsələlərdə ulduzlar yardımçınız olacaq. Perspektivli müzakirələr, yeni tanışlıqlar üçün şanslarınız artacaq. Dinə zidd hərəkətlərə yol verməyin.

QIZ – Ardıcıl səhvlərə son qoymaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanın. Çətin mərhələlərdə təcrübəli adamlarla məsləhətləşin. Əsas diqqəti isə ailə və sevgiyə yönəldin.

TƏRƏZİ – Bütün vacib işlərinizi nahara qədər həyata keçirin ki, sonrakı müddətdə mənəvi duyğulara qapıla biləsiniz. Doğmalarınızla münasibətlərdə sülhpərvər mövqeyə sahib olun.

ƏQRƏB – Günün ümumi mənzərəsindən narazı qalmayacaqsınız. Amma gərək bəzi problemlərə görə, yalnız başqalarını deyil, özünüzü də günahlandırasınız. Savab işlərinizin sayını artırın.

OXATAN – Baxmayaraq ki dünəndən mənfi enerjili Ay bürcünüzdə qərar tutub, ötən günlərdən başladığınız əksər işləri uğurla davam etdirə biləcəksiniz. Hər hansı mübahisəyə isə yol verməyin.

OĞLAQ – Qarşınızda ziddiyyətli məqamlar dursa da, iştirakçısı olduğunuz situasiyanı mövqeyinizə uyğunlaşdırmağı bacaracaqsınız. Bu baxımdan bəzi məsləhətləşmələr səmərəli ola bilər.

SUTÖKƏN – Peşənizlə bağlı işlərdə passivlik gözlənildiyindən enerjinizi münasibətlər istiqamətinə yönəldin. Araları soyuyan insanları barışıdırın. Axşama doğru hər mənada ehtiyatlı olun.

BALIQLAR – Bu vaxta qədər nail ola bilmədiyiniz bəzi planları aktiv müstəviyə çıxarmaq üçün şanslar yaranacaq. Bəzi dostların da deyilən məsələdə sizə köməyi dəyəcək. Büdcənizdə dönüş də mümkündür.

loading...
Şərh yaz