Günün ulduz falı (13.10.2014)

loading...

QOÇ – Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Tərəddüd etdiyiniz məsələlərdə təcrübəli insanlarla məsləhətləşmələr aparın.

BUĞA – Saat 11-ə qədərki vaxtı nəzərə almasaq, bu təqvimin bəhrəsini hər addımda görəcəksiniz. Vəzifəli şəxslərlə ünsiyyəti dərinləşdirin. Əmin olun ki, müzakirələrdən asılı olaraq həyatınız dəyişəcək.

ƏKİZLƏR – Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Vaxtın darlığını nəzərə alıb yarımçıq işlərinizi tezliklə yekunlaşdırmağa çalışın. Əks təqdirdə qarşıdakı həftəni problemli keçirəcəksiniz.

XƏRÇƏNG – Daxilinizdə mövcud olan ümumi gərginliyi dəf etmək üçün mübarək insanlarla ünsiyyət qurun, ziyarətlərə baş çəkin. Ulduzlar saat 15-dən sonra ovqatınızda müsbət dönüş seziləcəyini bildirir.

ŞİR – Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Qısası, bu gün cibiniz boş qalmamalıdır. Uzaq yola çıxmayın.

QIZ – İxtiyarınızda olan bu gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək uğurlu deyil. Hüquqi sənədlərinizi qaydasına salın. Valideynlərinizə, yaşlı qohumlarınıza diqqəti artırın.

TƏRƏZİ – Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. İş yerini dəyişmək barədə tələskənlik etməyin.

ƏQRƏB – Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.

OXATAN – Qarşınızda uğurlu bir gün durur, paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq. Rəhbərliklə mehriban davranın.

OĞLAQ – Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Xeyir işlərə dəvətdən yayınmayın.

SUTÖKƏN – Ulduzlar saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Səfərə çıxmaq olmaz.

BALIQLAR – Gün ərzində aldığınız heç bir dəvətə “yox” deməyin. Çünki astroloji göstəricilər tarixi bir gün yaşayacağınızı bildirir. Fürsəti fövtə verməmək lazımdır. Amma özünüzü bədxah adamlardan qoruyun.

loading...
Şərh yaz