Günün ulduz falı (14.08.2014)

astrologiya
loading...

QOÇ – Ulduzlar fəaliyyət yönümündə passivlik vəd edir. Bu səbəbdən də diqqəti münasibətlərə, soyuqlaşmış əlaqələrin dirçəlməsinə yönəldin. Nahardan sonra mədəni istirahətə vaxt ayırın.

BUĞA – Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Nəzərdə tutduğunuz planları həyata keçirməkdə çətinliyiniz olmayacaq. Günün ikinci yarısında pul gözlənilir.

ƏKİZLƏR – Hansısa yeni fəaliyyətlə məşğul olmağa tələsməyin. Bunun əvəzinə hazırkı işlərinizə aludə olmağınız daha yaxşıdır. Qarşıdakı on günün planlarını indidən götür-qoy edin.

XƏRÇƏNG – Fəaliyyətinizdə mühüm irəliləyişlər gözlənilir. Bu səbəbdən də bütün mümkün variantlardan yararlanın. Yeni münasibət qurduğunuz insanlara şübhə ilə yanaşmayın. Xoflanmağa lüzum yoxdur.

ŞİR – Daha çox ehtiyatlılıq nümayiş etdirin. Xüsusən də günün birinci yarısında riskli sövdələşmələrdən, yeni təkliflərdən imtina edin. Əks cinslərinizlə tədbirli davranın.

QIZ – Maliyyə problemlərinizi aradan qaldırmaq üçün ulduzlar sizə qarşı səxavət göstərəcək. Odur ki, ümidsizliyə qapılmamalısınız. Saat 13-17 aralığında yeni təkliflər də gözlənilir.

TƏRƏZİ – Emosionallıqdan çıxıb real düşünün. Yadda saxlayın ki, indi siz nə nağıllar aləmində yaşayırsınız, nə də dünyanın sahibisiniz. Necə deyərlər, çalışıb “Ayağınızı yorğana görə uzadın”.

ƏQRƏB – Hər bir məsələdə obyektiv olun. Şəxsi ambisiyalarınızı qabartmayın. Əks təqdirdə gün boyu planlaşdırdığınız işlər pozula bilər. Uzaq səfərlərinizi təxirə salın.

OXATAN – Etibarlı dostların köməyindən yararlana bilsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. İşlə bağlı müəyyən passivlik gözlənilsə də, bu, müvəqqəti xarakter daşıyacaq.

OĞLAQ – İxtiyarınızda olan bu təqvimdə hansısa günaha qol qoymayın. Hər addımda Tanrını başınız üstündə hiss edin. İnsanlara yalnız yaxşılıq edin ki, düşdüyünüz böhrandan çıxasınız.

SUTÖKƏN – Boş dayanmağa lüzum yoxdur. İşıq ucu gələn bütün yollara baş vurun. Saat 12-14 arası imicinizə xələl gətirə bilən hallardan qorunun. Gün ərzində qazanmaq şansınız da var.

BALIQLAR – Qarşınızda elə bir təqvim durub ki, rastlaşdığınız hər bir detala diqqətlə yanaşmalısınız. Ələlxüsus da qarşılıqlı münasibətlərə, ailə-sevgi davranışlarına ciddi fikir verməlisiniz.

loading...
Şərh yaz