Günün ulduz falı (15.08.2014)

astrologiya
loading...

QOÇ – Nahara qədər əksər istiqamətlərdə düşərli bir gün yaşayacaqsınız. Sonrakı müddətdə isə bir qədər neytral mövqe nümayiş etdirməlisiniz. Nəzərə alın ki, gün ərzində Ay bürcünüzdə qərar tutacaq.

BUĞA – Maraqlı hadisələr yolunuzu gözləyir. Ətrafınızda baş verən hər bir proses daha çox xeyirli nəticə verəcək. Əgər təşəbbüskarlıq öz əlinizdə olmasa, bütün təkliflərdən imtina edin.

ƏKİZLƏR – Yeni əlaqələr yaratmaq istəyirsinizsə, aktivliyinizi artırın. Çünki bu gün arxasınca getdiyiniz işlərin əksəriyyəti reallaşmalıdır. Heç nəyə, ələlxüsus da insanlara ümidsiz yanaşmayın.

XƏRÇƏNG – Təxminən saat 13-ə qədər ümumi əhvalınızda xoş nüanslar nəzərə çarpacaq. Hətta sevindirici xəbər və ya təklif də ala bilərsiniz. Sonrakı müddətdə isə neytrallığınızı təmin edin.

ŞİR – Yaxşı olar ki, bu təqvimin ilk yarısını oturaq şəraitdə keçirəsiniz. Hər hansı fiziki iş və səfər sizə zərər yetirə bilər. Sonrakı müddətdə isə özünüzə istirahət guşəsi arayın.

QIZ – Ulduzlar tövsiyə edir ki, bütün diqqətinizi istirahətə yönəldəsiniz. Onsuz da fəaliyyətlə bağlı bütün cəhdlərinizin boşa çıxma ehtimalı var. Qohumlara baş çəkmək sizin üçün daha düşərlidir.

TƏRƏZİ – Əgər həqiqətpərəstliyinizi qorumusunuzsa, ulduzlar sizə yardımçı olacaq. Nahar ərəfəsində və sonrakı saatlarda bir neçə sürprizlə rastlaşma ehtimalınız böyükdür. Buna hazır olun.

ƏQRƏB – Hansısa məclisə dəvət alacağınız gözlənilir. Bu, iftar və hansısa əlamətdar günü də ola bilər. Hər halda, ovqatınız xeyli yüksələcək. Sütunu möhkəm olan planlarınızı bir daha götür-qoy edin.

OXATAN – Bu gün işgüzar sövdələşmələrdə iştirak etmək olduqca əhəmiyyətlidir. Bu baxımdan, tövsiyələrimizdən maksimum istifadə etməyə çalışın. Axşama doğru qonaq getmək də əlverişlidir.

OĞLAQ – Bəxtinizdə çox uğurlu bir gün durur. Əzmkarlığınızı artırmaqla bu proqnozu reallığa yaxınlaşdırın. Şəxsi işlərinizdə böyük dönüş start götürə bilər. Perspektivli təkliflər də mümkündür.

SUTÖKƏN – Müəyyən təsirlərə məruz qalsanız da, təmkininizi pozmayın. Əgər rəqibinizi yerində oturtmağa əmin deyilsinizsə, risk etməyə dəyməz. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxasınız.

BALIQLAR – İşgüzar sövdələşmələrdə iştirak üçün ideal təqvimdir. Nüfuzlu insanlarla təmasda olmağınız sizi şöhrətə yaxınlaşdıra bilər. Diplomatik bacarığınızı maksimum səviyyəyə çatdırın.

loading...
Şərh yaz