Günün ulduz falı (18.02.2015)

loading...

QOÇ – Ulduzlar saat 12-yə qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Sonrakı saatlarda isə maraqlı hadisələrlə rastlaşacaqsınız.

BUĞA – İstər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar ürəyinizcə olacaq. Başlıca probleminiz olan maliyyə çətinlikləri isə qismən də olsa, qaydasına düşəcək.

ƏKİZLƏR – Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Bu səbəbdən nahara qədər yarımçıq işlərinizi yekunlaşdırmağa çalışın. Nəzərə alın ki, bu ərəfə daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək.

XƏRÇƏNG – Saat 10-12 arası ətrafınızda, həmçinin daxilinizdə ümumi bir gərginlik hökm sürəcək. Bu isə ümumi ovqatınızı aşağı sala bilər. Yaxşı olar ki, həmin müddəti evdə keçirəsiniz. Sonrakı saatlar çox düşərlidir.

ŞİR – Bu təqvimi romantik tərzdə keçirmək istəyirsinizsə, aldığınız dəvətlərə “yox” deməyin. Çünki evdə qalmaq sizin üçün darıxdırıcı keçə bilər. Yeni işlərlə bağlı müəyyən səfərlər etmək olar.

QIZ – Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Odur ki, hər bir situasiyaya təmkinlə yanaşmağa çalışmalısınız.

TƏRƏZİ – İxtiyarınızda olan gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək, ümumiyyətlə riskli sövdələşmələrə getmək uğurlu deyil. Bu gün sənədləşdirmə işlərinizi də qaydasına salın.

ƏQRƏB – Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.

OXATAN – Qarşınızda uğurlu bir gün durur. Bu baxımdan paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq.

OĞLAQ – Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Yeni işlə bağlı uzaq dəvətlərə aludə olmayın.

SUTÖKƏN – Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Çünki ulduzlar gələn həftəyə imkanlı şəkildə qədəm qoyacağınızı bildirir.

BALIQLAR – Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. Bu addımınızı dəstəkləyən Göy qübbəsi bir çox məsələlərdə sizə yardımçı olacaq.

loading...
Şərh yaz