Günün ulduz falı (18.09.2014)

astrologiya
loading...

QOÇ – Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Amma özünüzü təxribatlardan qorumalısınız.

BUĞA – Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Səfərə çıxsanız, ehtiyatlı olun.

ƏKİZLƏR – Bütün göstəricilər gün boyu ovqatınızın xoş olacağını proqnozlaşdırır. Xüsusilə saat 14-16 aralığında xoş bir təsadüflə rastlaşacaqsınız. Ailə üzvlərinizlə mehriban davranın.

XƏRÇƏNG – Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

ŞİR – Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

QIZ – Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.

TƏRƏZİ – O qədər də uğurlu təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.

ƏQRƏB – Fəaliyyət durumunuzda müəyyən problemlər gözlənilir, münasibətlərə fikir verin. Bundan kənarda işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

OXATAN – Günün ümumi ovqatını nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, gəzintilərə aludə olmağa dəyər.

OĞLAQ – Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

SUTÖKƏN – Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etməklə, kimsəsizləri sevindirməklə böyük savab qazanmış olarsınız. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

BALIQLAR – Maliyyə vəziyyətiniz imkan versə, mütləq səfərə çıxın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

loading...
Şərh yaz