Günün ulduz falı (20.10.2014)

loading...

Qoç – ziddiyyətli gündür. Mənfi təmayüllərin təsiri əfsuslar olsun ki, güclüdür. Genişmiqyaslı planlarınız vardısa, onları unudun. Mühüm işlər görmək fikriniz varsa, ertələyin. Görüşlər ümidləri doğrultmayacaq. Köhnə dost və ya sevdiyiniz insanla danışıq zamanı diqqətli olun, ürək qırmayın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni, maraqlı ideyalar formalaşacaq. Onlar situasiyada pozitiv dəyişikliklərin təməlini qoyacaq. Köç, yaşam arealını qaydaya salmaq, daşınmaz əmlakın alınması ilə bağlı hüquqi məsələləri nizamlamaq üçün yaxşı zamandır.

Buğa – günün ilk yarısı çox məhsuldar olacaq. Ən mürəkkəb və qarışıq işlərin öhdəsindən gəlmək iqtidarındasınız. Rəqibi üstələyin, bədxahı pərişan edin. Yeni müttəfiq axtarışlarına çıxmaq olar.
Uğur və nailiyyətləriniz diqqətdən kənar qalmayacaq. Ünvanınıza təriflər səslənəcək.
Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi bir qədər aşağı düşəcək. Yorğunluq hiss etsəniz də, nikbin olun. Yeni tanışlıq romantik münasibətlər vəd edir.

Əkizlər – mürəkkəb, qarışıq zamandır. Alışdığınız, ənənəvi işlə məşğul olacağınızı düşünsəniz də, yanıla bilərsiniz. Çətinliklərlə qarşılaşanda kiçik, amma çox ağrılı səhvlərə yol verməyin. Adi günlərdən fərqli olaraq mübahisə riski artacaq.
Günün ikinci yarısında rişxəndli sözlərə, aqressiv tənqidə fikir verməyin.
Maliyyə çətinlikləri istisna deyil. Çoxdan bəri əldə etmək istədiyiniz əşyanın alınmasını təxirə salmaq məcburiyyətində qalacaqsınız. Həmkarlar və ya işgüzar tərfdaşlarla qeyri-formal şəraitdə görüşmək məsləhət deyil. İlk baxışdan kiçik mübahisə münasibətləri çox uzun müddətə korlaya bilər.
Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng – rutin işləri görmək üçün əlverişli zamandır. Yaxşı bələd olmadığınız insanla tərəfdaşlığa başlamayın. Əməkdaşlıqla bağlı müzakirələri ertələyin. Yaxınlarınızla dil tapın. Ümumi işlə məşğul olun. Məşğuliyyət darıxdırıcı olsa da, işləri yarımçıq qoymayın.
Yeni tanışlıqlara can atmayın.
Günün ikinci yarısında illüziyalarınızın qurbanına dönərək kiminsə barəsində yanlış fikir yürüdə bilərsiniz.
Kiçik itkilər ola bilər. Açarlara diqqət yetirin. Sinirlənməsəniz, itən əşyalar tezliklə tapılacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Zəruri əşyanı alın.

Şir – təlaşa qapılmayın, nigaran olmayın. Ümidsiz gün deyil. Hər şey dərhal alınmasa da, bütün bunlar başladığınız işləri yarımçıq qoymaq üçün səbəb deyil. Qətiyyət və iradə ilk baxışdan ümidsiz təsir bağışlayan işləri tamamlamağa imkan verəcək. Yaxınlarınız və dostlarınıza yardım üçün müraciət etsəniz, eşidiləcəksiniz.
Günün ikinci yarısında qısamüddətli səfər olacaq. Yolda çətinliklər, yol yoldaşı ilə münaqişə istisna deyil.
Texnika və ya avadanlıqla çalışarkən ehtiyatlı olun. Kiçik, amma xoşagəlməz travmalar riski var.
Axşam saatlarında normal istirahət edin.

Qız – müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklər yaransa da, onları qət edə biləcəksiniz. Qüvvənizə, potensialınıza güvənin. Nikbin olsanız, yaxın ətrafınızdakı insanlar da sizin kimi davranmağa çalışacaqlar.
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Köməyinizi əsirgəməyin. Romantik təmaslarla yanaşı, dost münasibətləri yeniləməyin zamanıdır.
Münasibətlərin inkişaf məcrası sizdən asılıdır.
Xəyallara dalmayın, cari məsələləri həll edin. Sevdiyiniz adama sürpriz edin. Praktik olun.

Tərəzi – çətinliklər və problemlərdən qorxmayın. Onların öhdəsindən tezliklə gələcəksiniz. İşdə yeni, eksperimental metodların xüsusi effekti olacaq. Ənənəvi yoldan kənara çıxmaqdan çəkinməyin. Gəlir, bahalı hədiyyə istisna deyil.
Alış-verişə yollana bilərsiniz.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaşam tonusunun səviyyəsi yüksəkdir. Dəvət aldığınız tədbirə yollanın. Köhnə dostlarla görüşün.

Əqrəb – uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin.
İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq.

Oxatan – yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz.
Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək.
Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun.

Oğlaq – nəzərdə tutduğunuz işlərin çoxunu təxirə salmalı olacaqsınız. Yeni maraqlı iş diqqətinizi cəlb edəcək. Yeni tanışlıqlar və danışıqlar üçün əlverişli zamandır. Tərəfdaşlarınızla müzakirələrdən sonra layihəyə start verin.
İntuisiyanıza güvənin. Onun siqnalları səhvsiz, dəqiq və vaxtındadır. Alış-verişdə pul xərcləmək, biznesə pul yatırmaq olar. Nəqliyyat vasitəsi almaq üçnü münasib zamandır.

Dolça – darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi göürşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin.
Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək.
İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.

Balıqlar – parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüşlə sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın.
Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil.
Axşam saatlarında normal istirahət edin.

loading...
Şərh yaz