Günün ulduz falı (21.02.2015)

loading...

QOÇ – Sabit bir təqvim yaşayacaqsınız. Gün ərzində hansısa qeyri-adi hadisə ilə üzləşməyəcəksiniz. Odur ki, üzərinizə düşən işlərin həlli ilə məşğul olun. Yalan vədlər verməyin.

BUĞA – Bütün gücünüzü görüş və danışıqlara istiqamətləndirin. Üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilsəniz, nüfuzunuz artacaq. Şəxsi işləri, pul sövdələşmələrini təxirə salın.

ƏKİZLƏR – İxtiyarınızda olan bu təqvimdə ümumi gərginliyiniz azalacaq. Amma çətinliklərdən qurtulmaq üçün mütləq etibar etdiyiniz adamlardan dəstək istəyin. Bunun üçün səfərə də çıxmaq olar.

XƏRÇƏNG – Ulduzların düzümü pulla bağlı problemlərinizin qismən də olsa, qaydasına düşəcəyini bəyan edir. Amma borc vermək fikrinə də düşməyin. Saat 14-16 arası özünüzü bərk-bərk qoruyun.

ŞİR – Ulduzların düzümü passiv gün yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə sıxıntıları, digər tərəfdənsə həmkarlarınızla mübahisələr sizi hövsələdən çıxara bilər. Bəlkə qonaq gedəsiniz?!

QIZ – Kənar təsirlərə uymasanız, Göy qübbəsi sizə bir neçə şans verəcək. Boş və mənasız yerə vaxt itirməkdənsə əzmkarlığınızı artırın. Saat 16-dan sonra uğurlu anlarınız olacaq.

TƏRƏZİ – Şəxsi işlərinizdə mövcud olan problemlərin həllini sürətləndirin. Həmkarlarınızla ümumi dil tapmağa çalışın. Yalnız bu halda yarımçıq işlərinizi yekunlaşdıra bilərsiniz. Səhhətinizi qoruyun.

ƏQRƏB – Nə qədər səmimi olsanız, daha çox rəğbət qazanacaqsınız. Son vaxtlar xarakterinizdə yaranan çılğınlıq ulduzların xoşuna gəlmir. Vaxtilə yaxşılıq gördüyünüz adamlara arxa çevirməyin.

OXATAN – Ətrafınızda bədxahlar artsa da, bu, uğurlu məqamlar yaşayacağınıza mane olmayacaq. Saat 12-17 arası maraqlı görüş və sövdələşmələrdə iştirakınız gözlənilir. Qərarlarınızda sərt olun.

OĞLAQ – Şəxsi büdcənizi artırmaq üçün gözəl imkan var. Nahara qədər nəzərdə tutduğunuz planları reallaşdırandan sonra yalnız pul məsələləri ilə məşğul olun. Uğurlarınıza əmin ola bilərsiniz.

SUTÖKƏN – İş yerində ehtiyatlı olmağınız tələb olunur. Hər hansı addımı atmazdan əvvəl yaxşı-yaxşı götür-qoy edin. Unutmayın ki, çox danışan çox da yalan deyir. Ziyarətgahlara baş çəkin.

BALIQLAR – Bürcünüzün daha da aktivləşdiyi bu gündə yeni simalarla görüşəcəyinizə əmin olun. Şəxsi işlərinizdə bundan yararlanın. Günün ikinci yarısını pul problemlərinin həllinə yönəldin.

loading...
Şərh yaz