Günün ulduz falı (21.09.2014)

astrologiya
loading...

QOÇ – Daxili orqanlarınıza diqqəti artırın. Göy qübbəsi qarşınıza çıxan şanslardan faydalanmağı vacib sayır. Bu təqvimdə tanımadığınız ünvanlara getməyin. Uzaq səfərlər də məsləhət deyil.

BUĞA – Ciddi işlərin həllini təxirə salın. Xüsusən də pulla bağlı sövdələşmələrdən imtina etməyiniz məsləhətdir. Əks təqdirdə cəhdləriniz uğursuz olacaq. İstirahətinizə fikir verin.

ƏKİZLƏR – Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Maraqlı hadisələr, işgüzar sövdələşmələr, eləcə də qənaətbəxş təkliflər ürəyinizcə olacaq. Bir şərtlə ki, xırdaçılığa yol verməyəsiniz.

XƏRÇƏNG – Öz gücünüzə inanın. Kənar rəylərə yalnız qulaq asın. Əməli işlərdə isə öz düşüncələrinizi əsas tutun. Bu gün maraqlı və vacib şəxslərlə görüşəcəyiniz də istisna olunmur.

ŞİR – Olduqca riskli gündür. Planlarınızı əvvəlcədən təyin edin. Müştərək fəaliyyətdə ədalət prinsiplərinə riayət edin. İnadkarlıq etməkdənsə qarşı tərəfin obyektiv rəyini nəzərə alın.

QIZ – Ulduzlar xəbər verir ki, indiki məqamda sizə diqqət və qayğı lazımdır. Bunu hamı bilməsə də, bilənlər az deyil və inşallah, saat 14-dən sonra tələbat duyduğunuz qayğıkeşliyi görəcəksiniz.

TƏRƏZİ – Bürcünüzün “hakimiyyətə” yaxınlaşdığı bu ərəfədə vəziyyətiniz qənaətbəxş olacaq. Yeni təkliflər almaqla, perspektivlərinizdə əməli dəyişikliklər edə bilərsiniz. Səfərə çıxmayın.

ƏQRƏB – Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz mümkündür. Bunu nəzərə alıb çılğınlıq göstərməyin. Rahatlanmaq istəyirsinizsə, axşam mütləq qonaq gedin.

OXATAN – Atdığınız hər bir addıma məxfilik donu geyindirin. Çünki bu təqvimdə bütün cəhdləriniz müəmmalı tərzdə təqdir edilməlidir. Yüksək dairələrdən sizə kömək etmək istəyənlər var.

OĞLAQ – Astroloji göstəricilər bu təqvimdən xeyli razı qalacağınızı bəyan edir. Bir tərəfdən maddi durumunuzun yüksəlişi, digər tərəfdənsə maraqlı adamlarla görüşləriniz sizi sevindirəcək.

SUTÖKƏN – Mənəvi rahatlığa qovuşmaq üçün gözəl imkanlarınız var. Ətrafınızda cərəyan edən hər bir hadisə sizə xüsusi zövq verəcək. Günün ikinci yarısında sağlıq durumunuzu, xüsusilə ürəyinizi qoruyun.

BALIQLAR – İş prinsipində bəzi xoşagəlməzliklər labüddür. Rəhbərlərinizlə mübahisə aparmayın. Öhdənizə düşən vəzifələrin həllini sürətləndirin. Axşam evə hava qaralmamışdan əvvəl gedin.

loading...
Şərh yaz