Günün ulduz falı (23.09.2014)

loading...

QOÇ – Bütün işləriniz qaydasında getdiyindən kimlərəsə yalan vəd verməyin. Qətiyyən bacarmadığınız işin qulpundan yapışmayın. Əsəbi anlarda dostlarınız arasında sakitləşməyə çalışın.

BUĞA – Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Astroloji göstəricilər saat 14-dən sonra kiməsə güzəştə getməyi məsləhət görmür.

ƏKİZLƏR – Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Bilirsiniz ki, qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən kiməsə borc vermək fikrinə düşməyin. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin.

XƏRÇƏNG – Qarşınızda kifayət qədər mistik bir gün durur, anlaşılmaz hadisələr çox olacaq. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin.

ŞİR – Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da saat 12-16 arası özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bu gün istənilən səfəri təxirə salsanız, yaxşıdır.

QIZ – İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Əks halda çəkdiyiniz əziyyətlər hədər gedəcək.

TƏRƏZİ – Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu gün təmin olunacaq. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin.

ƏQRƏB – Gün ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Nahardan sonra səfərə çıxmaq olar.

OXATAN – Günün ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar.

OĞLAQ – Bütün vacib işlərinizi saat 16-ya qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı saatlarda isə istənilən riskdən imtina edin.

SUTÖKƏN – Əgər bu təqvimdən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin.

BALIQLAR – Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan tarixdən zövq almayacaqsınız.

loading...
Şərh yaz