Günün ulduz falı (25.10.2014)

loading...

Qoç – günün ilk yarısı mühüm işlər üçün sərfəli zamandır. Diqqətli olun, xırdalıq və təfərrüatları nəzərdən qaçırmayın. Sizi çoxdan bəri narahat edən məsələlərə cavab tapmağa çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Günün ikinci yarısında müttəfiq və tərəfdaşları diqqətlə seçin. Yaxın ətrafınızdakı adamlar arasında şübhəli fərdlər var. Onların zahiri səmimiyyətinin arxasında bəd hesablar və məkr durub.
Axşam saatlarına yaxın vəziyyət sakitləşəcək. Zamanı qüvvənizin bərpasına həsr edin. Səhhətinizin qeydinə qalın. Gecədən xeyli keçmişədək əylənməyin.

Buğa – günün ilk yarısında başladığınız işlərdə uğur qazanacaqsınız. Peşəkar fəaliyyət müstəvisində uğur qazanmaq üçün sərfəli zamandır. Karyeranızda yaxşı dəyişikliklər ola bilər.
Günün ikinci yarısında həmkarlarınızla aranızdakı çoxdankı anlaşılmazlığı aradan qaldıra bilərsiniz. Rəqiblərinizdən biri müttəfiqiniz olacaq. Romantik illüziyalara qapılmayın.
Gəlirlər olacaq. Amma sərfəli sərmayə, uzun müddətdən bəri arzuladığınız bahalı əşyanı almaq şansları olmayacaq.

Əkizlər – çoxdankı rəqiblərinizdən birinin sizə qarşı yeni fitnəsi var. Təxribata uymasanız, münaqişənin qarşısını ala bilərsiniz. Adi günlərlə müqayisədə daha çox tənqid və iradlar eşidəcəksiniz. Qıcıqlanmayın, ruhdan düşməyin.
Deyilənlərdəki sağlam məntiqi anlayın. Belədə iradlar sizə faydalı ola bilər.
Günün ikinci yarısında planlarınızda olmayan səfər yaşanacaq.
Peşəkar fəaliyyətinizdə dəstək alacaq, biznes-planlarınızdan birini reallaşdıracaqsınız. Son vaxtlar yaxınlarınızı narahat edən məişət problemlərinin bir neçəsini həll edə bilərsiniz.

Xərçəng – işlərdə ləngimə və yavaşımalar yaratmayın. Aktiv, enerjili olun. Planları vaxtında reallaşdırın. Tələskənlik və vurnuxmalara yol verməyin. Arzuolunmaz əlaqələr, təmaslar, hesablamalarda səhvlər, maliyyə problemləri istisna deyil.
Günün ikinci yarısı kiçik işgüzar səfərlər, uzaqdan gəlmiş tanış və dostla təmaslar üçün münasibdir. Romantik münasibətlər gözləntilərinizi doğrultmayacaq.
Axşam saatlarında dostlarla ünsiyyət xoş emosiyalar bəxş edəcək.

Şir – asan və tez uğurlara bel bağlamayın. Köhnə rəqibi üstələmək, nüfuzlu insandan dəstək almaq fikirləriniz vardısa, onları unudun. İndiyədək sizə daim yardım etmiş insanlar indi yardıma tələsmirlər. Yaranmış problemlərin öhdəsindən təkbaşına, müstəqil gəlməyə çalışın.
Günün ikinci yarısında məhsuldar və effektiv işləməyə can atın. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Şəxsi münasibətlərdəki problemləri qısa müddətdə həll etməyə səy göstərin. Səhvlərinizi etiraf edin ki, sevdiyiniz insanla münaqişələrə yol verməyəsiniz.
Yaşlı qohumlarla təmaslarda diqqətli və qayğıkeş olun.

Qız – asan zaman deyil. Soyuqqanlı və təmkinli olun. Baş verənlərə rəğmən uğura nail olmağa çalışın. Təxribatlara uymayın. İstənilən dialoqun konstruktiv məcrada olmasına səy göstərin. Emosional həmkar, qıcıqlı yol yoldaşı ilə kəskin mübahisələr etməyin.
Günün ikinci yarısında işgüzar danışıqlar məhsuldar olacaq. Müzakirələrdə həddən artıq üzüyola, kompromisllərə meylli olmayın. Belədə kimsə sizdən sui-istifadə etməyə çalışacaq.
Axşam saatlarında normal istirahət edin.

Tərəzi – səhər saatlarında ciddi problemlər yarana bilər. İşgüzar və şəxsi səciyyəli görüşlər nəzərdə tutubsunuzsa, planlarınızda dəyişikliklər etməli olacaqsınız. Sözləriniz yanlış başa düşüləcək. Həmsöhbətiniz sizdən inciyə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri arta bilər. Bundan yararlanmağa çalışın. Təşəbbüskar olun. Lazımi vaxtda lazımi yerdə olmağa çalışın. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək.
Ağır işlər sizi yora bilər. Yorğunluq hiss edəcəksiniz.

Əqrəb – günün ilk yarısında anlaşılmazlıqlar və problemlər az olmayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Az sonra yeni planlar və ideyalar peyda ola bilər. Gəlirlər sizi sevindirəcək.
Alış-verişdə çox pul xərcləməyin. Çünki bu proses yaxşı olmaya bilər.
Günün ikinci yarısı işgüzar danışıqlar üçün pis deyil. Peşəkar fəaliyyət müstəvisində sizə dəstək ola biləcək insanlarla təmaslarda diqqətli olun. Romantik təmaslar gözləntiləri doğrultmayacaq. Axşam satlarında dostlarla görüşlər darıxdırıcı təsir bağışlayacaq.

Oxatan – hadisələrlə dolu, gərgin və birmənalı olmayan gündür. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra bilərsiniz.
Situasiyada gözlənilməz dönüş, dəyişikliklər olacaq. Sonuc gözlədiyiniz təki deyil. İmprovizələr uğursuz deyil. Problemlərin həllinə qeyri-adi yanaşma tərzi yaxşı nəticə verəcək.
Günün ikinci yarısında münaqişələr, yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə çətinliklər istisna deyil. Başqalarının diqqətindən yayınan məqamları nəzərə alın, sərvaxt olun. Mövqeyinizi açıqlayanda sərt danışmayın, aqressiv olmayın. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin.

Oğlaq – irəliləyişə və ya nəticəyə ümidinizi itirdiyiniz işlərdə uğur qazana bilərsiniz. Sədlərlə maneələri dəf etmək, əldən verilmiş şanslardan yararlanmaq imkanları var. Yeni müttəfiqlər tapa bilərsiniz. Onların yardımları heç pis olmayacaq.
Qüvvənizə nə qədər az güvənsəniz, bir o qədər yaxşıdır. Belədə daha rasional və praqmat şəkildə davranacaqsınız.
Günün ikinci yarısında yaxınlarınızla münaqişələr ola bilər. Ciddi münaqişənin formalaşmasına imkan verməyin. Axşam saatlarında yeni tanışlıqlar olacaq. Romantik xülyalara qapılmayın. Şəxsi münasibətlərinizdə novasiyalar istisna deyil.

Dolça – məqsədləri konkretləşdirin, hədəfi müəyyənləşdirin. İrəliləyişi sürətləndirmək üçün küsülü olduğunuz insanlardan biri ilə barışa bilərsiniz. Çoxdan bəri almaq istədiyiniz əşyanı əldə edin.
Başqalarının faydalı təcrübəsindən yararlanın. Kənardakı insanların səhvlərinin təhlili sizə fəsadlı yanlışlıqlardan uzaq durmağa kömək edə bilər.
Günün ikinci yarısında yaxınlarınız addım və qərarlarınızın hamısını bəyənməyəcəklər. Buna rəğmən kəskin tənqidə yol verməyin. Addımlarınızı qətiləşdirin.
Axşam saatlarında qohumlar gələ bilər.

Balıqlar – günün ilk yarısı rahat və xoşdur. Ümidi itirməyin, nikbin olun. Yaxşı xəbərlər olacaq. Ən ağır şəraitdə geri çəkilməyin, astagəllik etməyin. Başladığınız işlərin perspektivlərini görməyə çalışın. Yaxın ətrafınızdakı insanlar çıxış yolu görmədiklərini desələr də, məntiqli davranın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Axşam saatlarında maraqlı ideyalar olacaq. Normal təşəbbüsləri ertələməyin.
Sevdiyiniz insana sürpriz edin.

loading...
Şərh yaz