Günün ulduz falı (27.02.2015)

loading...

QOÇ – Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

BUĞA – Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

ƏKİZLƏR – Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.

XƏRÇƏNG – Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma onu da nəzərə alın ki, axşamdan mənfi enerjili Ay bürcünüzdədir.

ŞİR – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

QIZ – Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

TƏRƏZİ – Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

ƏQRƏB – İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

OXATAN – Günün ümumi ovqatı çox yaxşıdır. Demək olar ki, nəzərdə tutduqlarınızın böyük əksəriyyəti doğrulacaq. Xüsusilə nahardan sonra qəlbinizin şad olması üçün gözəl situasiya yaranacaq. Axşam qonaq gedin.

OĞLAQ – Hər bir məsələdə qanunauyğun addım atın. Saxta iş görmək, yalan vəd vermək sizi gözdən sala bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin.

SUTÖKƏN – Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın.

BALIQLAR – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

loading...
Şərh yaz