loading...

Bu gün yağan qar ictimai nəqliyyatdan tutmuş kommunal xidmətlərdən istifadəyə qədər bir çox sahələrdə problemlər yaratsa da qarın yağması əksəriyyət insanlara həm də uşaqlığımızda yaşadığımız qartopu sevincini xatırladır. Elə bu sevincin şərəfinə uşaq vaxtı dilimizin əzbəri olan qar şeirlərindən birini paylaşırıq:

Dağlara qar yağdı bu gün,
Birinci qar,birinci qar!
Hər bir tərəf ağdı bu gün,
Çölə çıxın,ay uşaqlar!

Geyiminiz isti,qalın,
Şaxta sizə neyləyəcək?
Qar üstündə ilk iz salın,
Gəlin görək,gəlin görək!

İşə salın xizəkləri,
Buz üstündə axın,keçin!
Birinci qar,qış səhəri
Nə gözəldir,baxın keçin!

Yadınızdan çıxmasın ha,
Qartopu da ay uşaqlar!
Doğurdan da,bunsuz daha
Nəyə lazım birinci qar?

Yurdun xoşbəxt balaları,
Nəğmə deyin quşlar kimi.
Sevin qışı,sevin qarı
Allı-güllü bahar kimi.
Birinci qar, birinci qar!

loading...
SHARE
Şərh yaz