Hamar dəriyə sahib olmaq üçün kök maskası

loading...

Keçmişə cazibədar görünmək üçün, modapərəstlər hər gün təzə sıxılmış kök şirəsini dərilərinə sürtürdülər.

Bu maska sayəsində dəri hamar, çox gözəl çalara malik olurdu, dərinin qüsurları güclə gözə çarpan olurdu. Lakin bu təəccüblü deyil, axı kökdə vitamin A var, hansı ki, hələ də “gözəlliyin vitamini” adlandırılır.

Kök ən müxtəlif maskalarda geniş istifadə edilir – o istənilən üz dəri tipinə uyğundur, qışda bu tip maskanı etmək xüsusi ilə yaxşıdır, çünki o yaxşı qidalandırır, üzü  dərisini yumşaldır, küləkdən və aşağı temperaturdan müdafiə edir.

Quru dəri üçün maskalar

  1. Kök şirəsini götürün üzərinə 1 xörək qaşığı kəsmik, bir neçə damcı zeytun yağı və ya başqa yağ əlavə edib yaxşıca qarışdırın. Sizdə orta qatılıqda (xama kimi) məhlul qarışığı alınacaq. Əvvəlcə üz dərisini toniklə təmizləyin və sonra qarışığı sürtün. 20- dəqiqə saxladıqdan sonra ilıq suyla üzünüzü yuyun. Dəri məxmər kimi hamar olacaq və üzün rəngi kifayət qədər yaxşılaşacaq.
  2. Üç ədəd yerkökü qaynadın, əzib 1 qaşıq bala əlavə edib yaxşıca qarışdırın (püre halında olmalıdır) və təmiz üz dərisinə sürtün, 15 dəqiqə saxlayıb ilıq suyla yuyun. Dəri yumşaq və hamar olacaq, körpə dərisi kimi.

Diqqət bu maskanı bala allergiyası olmayanlar istifadə edə bilər.

Yaşlı və quru dəri üçün maska

Sürtkəcin xırda gözündə kökü sürtün, üzərinə yarım çay qaşığı bal və bir yumurta sarısı əlavə edin. Balı qliserinlədə əvəz etmək olar. Maskanı 20 dəqiqədən sonra isti suyla daha sonra isə sərin suyla yuyun. Belə maska üzün dərisini nəmləndirir və qidalandırır.

Yaşlı və yağlı dəri üçün maska

Qaynadılmış kökü püre halına düşənə kimi əzin, üzərinə yarım çay qaşığı bal və bir az nişasta, qabaqcadan çalınmış yumurta ağını əlavə edin ki, qarışıq sıx xamanı xatırlatsın. Maskanı 20 dəqiqə təmiz üzdə saxlamaq lazımdır. Daha sonra isti suyla yuyun. Bu qidalı maska üzün dərisini yaxşılaşdırır, genişlənmiş məsamələri daraldır.

Solğun dəri üçün maska

Bərabər nisbətdə qaynanmış kökü qaynanmış turpla qarışdırın, hazırladığınız sıyığı təmiz üz dərisinə sürtüb 20 dəqiqə saxlayın. Qarışıq isti olmalıdır. Amma əgər sizin üzünüzdə genişlənmiş kapilyarlar varsa, onda qarışığı soyutmaq lazımlıdır. Maskanı isti suyla yuyun. Belə maska yaxşı nəmləndirir və üz dərisini qidalandırır.

loading...
Şərh yaz