Hamburger küftəsi

loading...

Uşaqlarınız və ya qonaqlarınız üçün öz etdiyiniz hamburger küftələriylə hazırlayacağınız buterbrodlar həm sağlam, həm daha ləzzətli olacaq!

Lazım olan ərzaqlar:

  • 500 qr orta yağlı 2 dəfə çəkilmiş qıyma (Dana döş ətindən)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər
  • 1 yemək qaşığı kərəyağı

Hazırlanma qaydası:

Qıyma, duz və qara bibəri geniş bir kabın içərisində 2-3 dəqiqə yoğurun. Zamanına diqqət yetirin çünki daha çox yoğursanız küftələr bərk olar. Yoğurduğunuz qıymanı 4-5 parçaya ayırıb küftə şəklini verin. Küftələrin içərisinə kiçik bir parça kərəyağı qoyub içində qalacaq şəkildə bağlayın. Bişirmədən əvvəl 1 saat bağlı bir qabda gözlətmənizi təklif edərik. Bişirmədən 15 dq. əvvəl çıxarıb bişirə bilərsiniz.

Qeyd: İstəsəniz vəsaitlərə 1 orta boy soğan, cəfəri və bir az da un qata bilərsiniz.

Nuş olsun…

loading...
Şərh yaz