Hamilə qadınlar üçün gözəllik məsləhətləri

loading...

Uşaqlıqda hər bir qızcığaz “evcik” oynayır və özünü ana rolunda görür. İllər keçir, biz aşiq oluruq, ailə qururuq və budur çoxdan gözlənilən an gəlib çatır: hamiləlik. Sizə hamiləlik zamanı bədənin bütün hissələri üçün gözəllik məsləhətlərini təqdim edirik.

Hamiləlik vaxtı qarnımızdan başqa bədənimizdə də bir çox dəyişikliklər baş verir. Bəzilərini biz sevinclə qəbul etsək də, digərləri bizi narahat edir və körpənin doğuluşundan sonra uzun müddət qalır.

Əsas qaydalar:

Çalışın təbii kosmetikadan istifadə edəsiniz ki, dəri nəfəs ala bilsin.

Manikür və pediküru gözəllik salonunda edin və çalışın daha çox uzun müddət qalan dırnaq boyalarından  istifadə edəsiniz.

Makiyaj üçün dəriyə asan və tez hopan yüngül konsistensiyaları seçin.

Tez-tez rahatlanın və daha az əsəbiləşin.

Saçlar

Hamiləlik vaxtı saçlar çox zaman quru və tezsınan olur, bəzilərində isə saçlar tökülməyə başlayır.

Bu zaman ən yaxşı çıxış yolu – intensiv nəmlənmədir. Yüngül şampun, balzam və maskalara üstünlük verin. Aktiv inqrediyentləri olmayan istənilən bərpaedici maskalardan istifadə etmək olar.

Yaxşı olar ki, saçların boyanmasından imtina edəsiniz və ya təbii boyalardan istifadə edin.

Üz

Gələcək anaların əksəriyyətində üz dərisində müxtəlif problemlər yaranır. Ləkələr, sızanaqlar, səpgilər – 9 ay ərzində davam edən adi problemlərdir. Bu zaman dəriyə qulluq üçün vasitələri həkim məsləhətləri ilə seçmək lazımdır. Əgər vaxtınız və imkanınız varsa, ayda bir dəfə kosmetoloqa müraciət edin.

Hamiləlik vaxtı istənilən inyeksiyalardan və tatuajdan istifadə etmək məsləhət deyil. İstənilən aktiv maddələr allergiyaya səbəb ola bilər ki, bu da körpəyə diskomfort yaradacaq.

Sinə

Təəssüf ki, hamiləlikdən sonra çox nadir hallarda sinəni gözəl formada saxlamaq müvəffəq olur. Hamiləlik və yedirmə dövründən sonra sinə dartılır və salanmağa başlayır ki, bundan qurtulmaq üçün cərrahiyə müdaxiləsi lazım olur. Amma siz hamiləlik dövrünün erkən müddətindən sinənizə qulluq prosedurlarını başlaya bilərsiniz.

İlk olaraq dərinin tonusu haqqında düşünmək lazımdır. Bunun üçün sizə bir neçə resept təqdim edirik:

  1. 30 ml. badam yağı, 15 ml. buğda cücərtisi, 15 ml. avokado yağı və 2 damcı ətirşah, kalendula, lavanda və kök yağını qarışdırıb, hər gün vanna qəbulundan sonra nəm dəriyə çəkin. Proseduru hamiləlik zamanı və sonra davam etdirmək lazımdır.
  2. Dartılmalara qarşı kremlə soyuq duş masajı da hamiləlik zamanı əla gündəlik vasitədir.
  3. Həkimlə məsləhətləşdikdən sonra hovuza yazılın. Çünki su dərinin elastik və gənc qalması üçün ən yaxşı vasitədir.
  4. Dərinin elastikliyi həmçinin qidalanmadan asılıdır. Rasionunuza tərkibində A, E və C vitamini olan məhsullar (bu yaşıl və narıncı rəngdə olan meyvələrdir) daxil edin.

Düzgün seçilmiş alt geyimi də önəmlidir

Bədən

Hamiləlikdən sonra qızların əsas problemlərindən biri dartılmalardır. Onlar bədən kompleksiyasından və dərinin elastikliyindən asılı olmayaraq yaranır. Dartılmalara qarşı profilaktik vasitələr aşağıdakılardır:

  1. Kontrast duş. Lakin bu zaman mütləq həkimlə məsləhətləşmək və proseduru bədənin aşağı hissəsi üzrə səliqəli etmək lazımdır, əks halda siz düşüyü provokasiya edə bilərsiniz.
  2. Problemli sahələri barmaqlarınızla səliqəli masaj edin.
  3. Həftədə 2-3 dəfə skrablarla piling edin.
  4. Təbii liflərdən əlcəklə bədəninizi masaj edin.

Bu prosedurlardan sonra dartılmalara qarşı xüsusi vasitədən istifadə edin. Belə masajı hər gün etmək lazımdır.

Ayaqlar

Hamiləlik vaxtı ayaqlarda varikoz və şişkinlik yaranır. Bunun üçün dabanı olmayan rahat ayaqqabılardan istifadə edin.

Ayaqlarınıza qulluq üçün növbəti məsləhətlərdən istifadə edə bilərsiniz:

  1. Sərin vannalar.
  2. Tərkibində mentol olan kremlə masaj.
  3. Daha çox su için, çünki orqanizm susuzlaşan vaxt şişlər çoxalır.
  4. Çəkinizə diqqət edin.
  5. Duzun istehlakını məhdudlaşdırın.
  6. Uzanaraq ayaqlarınızı yuxarı qaldırıb 5-7 dəqiqə saxlayın.
loading...
Şərh yaz