loading...

Övlad sahibi olmaq hər bir gənc ailənin arzusudur. Lakin təəssüf ki, son zamanlar gənc ailələr arasında bu məsələ ilə bağlı problemlər daha çox özünü göstərir. Bunun əsas səbəbi məlumat azlığından irəli gəlir. Qadınlar və onların həyat yoldaşları hamilə qalmanın yolları, zamanları və ən önəmli qaydaları haqqında məlumata malik olmalıdırlar.

Qadının nəsilartırma dövrü 15 yaşından 49 yaşına kimi olur. Məhz bu dövrdə follikullarda yumurta hüceyrəsi inkişaf edir. O, aybaşı başlanmasının ilk 2 həftəsində yetişir. Yumurta hüceyrəsinin mayalanması ancaq ovulyatorönü dövrün 6-8 günü ərzi baş verir. Bu vaxt yumurta hüceyrəsinin 1 sutka, spermatozoidlərin isə 3 sutka həyat qabiliyyətini mühafizə etdiyini nəzərə almaq lazımdır. Qalan günlər qadın uşağa qala bilməz.

Üşağaqalma dövrünü dəqiq təyin etmək üçün ovulyasiyanın, (yumurta hüceyrəsinin qopması dövrü) nə vaxt baş verdiyini bilmək lazımdır. Adətən, belə qəbul olunmuşdur ki, ovulyasiya dövrü aybaşıdan 14 (+_2) gün sonra olur. Bəzi qadınlarda aybaşı 28 gün bəzilərində 30 gündən, bəzilərində isə 35 gün, bir olur. Deməli, hər .qadının öz aybaşı tsikli olduğundan onların ovulyator günü də başqa-başqadır. Aşağıdakı cədvəldə həmin günlər göstərilmişdir.

Aybaşıtsiklləri— Uşağaqalma günləri — Uşağa qalmayan günlər

  • 24 günlük — 8- 15-ci günlər — aybaşıdan sonra 7 gün və 16-cı gündən aybaşıya qədər
  • 30 günlük — 10- 17-ci günlər — aybaşıdan sonra 9 gün və 18-ci gündən aybaşıya qədər
  • 35 günlük — 12 – 19-cu günlər — aybaşıdan sonra 11 gün və 20-ci gündən aybaşıya qədər

Yuxarıdakı yazıdan göründüyü kimi aybaşıdan sonra 7 gün cinsi əlaqəyə sərbəst girmək olar.
8-ci gündən 15-ci günə qədər uşağaqalma günləri gəlir.Uşağa qalmaq istәmәyәn qadınlar bu günlәrdә özlәrini qorumalı vә yaxud cinsi әlaqәyә girmәmәlidirlәr.

16-cı gündәn ta aybaşı başlanana qәdər yenә dә sәrbəst cinsi әlaqәyә girmәk olar.

Lakin yuxarıda dediyimiz kimi, spermatozoid qadının uşaqlıq yolunda 3 gün һәyat qabiliyyәtini saxlayır, demәli, 7-ci gün cinsi әlaqәyә girsәniz, 8, 9, 10-cu günlәr ovulyator günlər olduğu üçün siz yenә uşağa qala bilәrsiniz. Əvvәldә dediyimiz kimi, һamilәliyin başlanması üçün qadın cinsiyyәt һüceyrәsi yumurta һuceyrәsi spermatozoidlә birlәşmәlidir.

İki cinsiyyәt һüceyrәsinin görüşüb birlәşmәsinә döllәnmә, ya da mayalanma deyilir. Bu çox vaxt uşaqlıq borusunda baş verir, çünki yumurtalıqdan qopmuş yumurta һüceyrәsi mәһz bura düşür. Sәrbәst һәrәkәt edәn spermatozoidlәr uşaqlıq yolundan uşaqlığa, oradan da uşaqlıq borularına keçir. Yumurta һüceyrәsi yumurtalıqdan aybaşı tsiklinin ortasında qopur. Qadınların çoxunda aybaşı tsiklinin uzunluğu, yәni bir aybaşının başlanması günündәn o birinin başlanması gününәdәk olan fasilә 28 günә bәrabәr olur. Demәli, mayalanma üçün әn münasib şәrait. siklin 11-18-ci günlərindә yaranır.

Yumurta hüceyrəsinin spermatozoidlә mayalanması sayәsindә yeni orqanizm inkişaf etmәyә başlayır. Bu vaxt һüceyrәlәr bölünürr, ona görә dә onların miqdarı sürәtlә vә müntәzәm olaraq artır. Bölünәrәk artan һüceyrә yığını boru ilә uşaqlığa doğru һәrәkәt edir.

Dölün inkişafı yalnız sadәcә hüceyrәlәrin bölünüb artması ilә bitmir. Bölünmәklә bәrabәr onun diferensiasiyası da baş verir. Əgәr һüceyrәlәrin xarici qatı dölü uşaqlığın divarına bәnd etmәklә onun qidalanmasını tәmin edirsә, daxili qatın hüceyrәlәrindәn döl özü. inkişaf etmәyә başlayır.

loading...
Şərh yaz