Hamilələrin nəzərinə: uşağınızın zəkalı olmasını istəyirsinizsə…

loading...

Hamilələrin Motsart, ya Bethovenin musiqilərini dinləyən zaman rahatladığı bir həqiqətdir. Bir çox analar klassik musiqinin körpənin zəka inkişafına faydalı olduğunu nəzərə alaraq dinləyir.

Körpənizin İQ səviyyəsini artırmağın başqa yollarını təqdim edir.

Hamiləykən tiroidinizi yoxlatdırın

Aşağı tiroid vəzi problemi hamilələrin yüzdə 2-ə təsir edir. Bu anaların körpələrinin zəka səviyyəsi daha aşağı olur. Hamilə ikən üşümə, yorğunluq, diqqət pozğunluğu, saç tökülməsi kimi şikayətləriniz varsa, tiroid testi elətdirin.

Hərəkət edin

Hərəkətdə olan və müntəzəm idman edən hamilələrin körpələrinin zəka səviyyəsinin yüksək olduğu deyilir.

İdeal miqdarda çəki alın

Mütəxəssislər hamilə ikən bədən ağırlığının yüzdə 20-si qədər çəki almağı məsləhət görür. Aldığınız çəki körpənin çəkisinə, beyin böyüklüyünə və zəkasına təsir edəcək.

Diş müayinəsi etdirin

Hamilə ikən diş problemi yaşayan analarda erkən doğuş, ya da düşmə riski daha yüksək olur. Bu cür körpələrdə də zəka çətinliyi yaşanır. 6 ayda bir diş həkiminə getmənizdə fayda var.

Vitaminlər qəbul edin

Dəmir və B12 vitamin qəbulu fetusun intellektual potensialını artırır. Hər gün dəmir tərkibli dərmanlardan biri qəbul edilməlidir.

Sevincinizi itirməyin

Körpənin hissləri hələ doğulmadan əvvəl formalaşır. Yəni özünü yaxşı hiss edən ananın körpəsi də özünü yaxşı hiss edəcək. Bu da beyin funksiyalarının inkişafı üçün faydalıdır.

Qidalanmanıza diqqət edin

Hamiləlik zamanı qidalanmanıza diqqət edib, daha çox kolin tərkibli qidalar qəbul edin. Yumurta və ət kolin tərkibli qidaların önündə gəlir.

Körpənizi əmizdirin

Körpə doğulduqdan sonra da zəka səviyyəsi üçün edə biləcəyiniz ən əhəmiyyətli iş onu əmizdirməkdi. Ana südü ilə qidalanan uşağın zəkası hazır yemək yeyən uşaqların zəkasından 3 bal yüksək olur.

Depresiyyadan uzaq durun

Hamiləlikdə olduğu kimi doğuşdan sonra da depressiyadan uzaq durmalısız. Anaları depressiyada olan uşaqların üç yaşına qədər dil inkişafı və öyrənmə bacarığında zəiflik olur.

Aile.lent.az

loading...
SHARE
Şərh yaz