Hamiləlik zamanı üz dərisinə qulluq

loading...

Bəzən hamiləlik zamanı üz dərisi öz hamarlığını və təravətini itirir. Bu tip problemlərdən qaçmaq üçün sizə bir neçə məsləhət təqdim edirik.

Analıq sevinci keçirmiş qadınlar iddia edirlər ki, hamiləlik istənilən xanımın həyatında ən gözəl dövrdür. Bu dövrdə gələcək ananın orqanizmində bir çox dəyişikliklər olur. Bəzi xanımlar bu halda mükəmməl dəri, dırnaq və saçlara sahib olur, digərləri üçün isə bu proses əsl sınağa çevrilir. Orqanizmdəki hormonların aktivləşməsi şişlərin, piqment ləkələrinin və sızanaqların yaranmasına səbəb ola bilər. Lakin bu vəziyyətdə də narahat olmağa dəyməz! İstənilən qadın hamiləlik zamanı da özünü formada saxlaya bilər.

Orqanizmdə hamiləlik dövründə proqesteron maddəsinin səviyyəsi artır, estrogen maddəsinin səviyyəsi isə aşağı enir. Məhz hormonların bu oyunu şişlərin, sızanaqların, akne və piqment ləkələrinin yaranmasının əsas təhrikçisidir. Bu xoşagəlməz hallardan qaçmaq üçün bəzi qaydalara riayət etmək lazımdır.

Şişlər

Gələcək anaların orqanizmində su-duz balansının dəyişikliyi qeyd olunur, yəni toxumalarda və damarlarda natrium yığımının səviyyəsi artır ki, bu da su molekulalarını özünə çəkərək şişlərin yaranmasına imkan yaradır. Bir qayda olaraq, şişlər əllərdə, ayaqlarda və üzdə yaranır. Bu problemdən qaçmaq üçün duzlu məhsullardan uzaq durun, çalışın orqanizmdən duzu çıxara bilən və sidikqovan məhsullardan istifadə edəsiniz. Bundan başqa təzə meyvə və tərəvəzlərə üstünlük verin və şam yeməyini yuxudan 3-4 saat əvvəl yeməyə çalışın.

Sızanaqlar və yağlı parıltı

Hamiləlik dövründə sızanaqlar şəklində səpmələrin yaranması hormonal fonun dəyişikliyi ilə əlaqədardır. Hormonlar yağlı vəziləri daha aktiv işləməyə məcbur edir və nəticədə sızanaqlar yaranır. Bu tip problemlərdən qaçmaq üçün öz qida rasionunuza diqqət edin, həzm sisteminin işini normallaşdırın və göbələk, şoraba, şirin karbohidratlar (pirojna, şokolad) kimi məhsulları öz qida rasionunuzdan çıxarın.

Dəri problemlərinin həlli üçün xüsusi vasitələrdən istifadə edin

Dəri iltihabını aradan qaldırmaq və yağlı vəzilərin işini qaydaya salmaq üçün xüsusi kosmetik kremlərdən və zərdablardan istifadə etmək olar ki, onlar sızanaqları azca qurudacaq, yağlı parıltını və qızartını aradan qaldıracaq. Həftədə bir dəfə dəniz duzu əsasında üz üçün skrabdan istifadə edin. Bundan başqa dərinizi düzgün tonlaşdırmağı öyrənin ki, iltihabi elementləri vizual olaraq gizlədə biləsiniz.

Piqment ləkələr

Bədəndə və üzdə piqment ləkələr hamiləliyin ikinci rübündə əmələ gəlir ki, bu da yenə hormonların işi ilə əlaqəlidir. Belə ləkələr doğuşdan sonra 6 ay ərzində keçib gedir. Belə ləkələrdən qurtulmaq üçün daim xüsusi müdafiəedici kremlərdən istifadə edin. Öz kosmetik rasionunuza bitki cövhərləri və yağları olan vasitələr əlavə edin ki, onlar ağardıcı xüsusiyyətlərə malikdir və dərini ultrabənövşəyi şüalardan müdafiə edir.

loading...
Şərh yaz