Hamiləlikdə ağız qurumasının səbəbi

loading...

Hamiləlik dövründə yaşanılan ağız quruluğu çox normal bir prosesdir. Həkimlər bununla bağlı konkret səbəb deməsələr də, onun bədəndə olan hormonal dəyişikliklərlə bağlı olduğunu söyləyirlər.

Bəs hamiləlikdə ağız quruluğunu aradan qaldırmaq üçün hansı qidalar qəbul olunmalıdır?

Həkimlər məsləhət bilirlər ki, hamiləlik zamanı ağız quruluğuyla mübarizə aparmaq üçün kifayət qədər maye qəbul olunmalıdır. Qəbul etdiyiniz suyun şəkərsiz olmasına diqqət edin. Bundan başqa ayran da içə bilərsiniz. Amma çox da duzlu olmasın, ümumiyyətlə, çalışın ki, ayran içərkən tərkibinə duz atmayasınız.

Şəkərsiz nanəli saqqızlar da çiynəyə bilərsiniz. Bu sizi rahatlaşdıracaq.
Qorxulacaq, narahat olacaq bir vəziyyət yoxdur. Körpənizi dünyaya gətirib qucağınıza alan kimi bu vəziyyət də aradan qalxacaq.

loading...
Şərh yaz