Hansı kosmetikanı soyuducuda saxlamaq lazımdır?

loading...

Göz üçün krem və ya gel

Gözlərin altındakı şişləri və kisələri səhərlər daha tez və effektiv çəkmək üçün göz üçün krem və ya geli soyuducuda saxlayın. Soyuq qan damarlarını daraldır və nəticədə şişlər çəkilir.

Qaşınmaya qarşı krem

Bizim bədənimiz soyuq və qaşınmanı eyni zamanda hiss edə bilmir. Bu səbəbdən qaşınan yerə soyuq bir şey qoyun ki, bu problemdən tez azad olasınız.

Gündən qoruyucu krem

İsti otaqda saxlama vaxtı onun ultrabənövşəyi şüalardan müdafiəsinin effektivliyi aşağı enir.

Dırnaq boyası

Günəş işığının və isti havanın təsiri altında dırnaq boyası qatılaşır, bəzən hətta əvvəlki rəngini dəyişir. Soyuducuda saxlama ona ilk halında qalmağa kömək edəcək.

Ətirlər

Yenə də günəş şüaları və yüksək temperatur ətirlərə daxil olan kimyəvi maddələrin dağılmasına səbəb olur və sizin ətiriniz sizin istədiyi kimi qoxumur.

Sızanaqlara qarşı vasitələr

Sızanaqlara qarşı istənilən vasitə əldə edərkən onun saxlama şərtlərinə diqqət edin, çünki yalnış saxlama vaxtı onların effektivliyi azalır.

Maye makiyaj vasitələri

Tonal kremdən tutmuş laynerə qədər bu tip vasitələrin istifadə müddətini uzatmaq üçün onları soyuducuda saxlamaq daha yaxşıdır.

Təbii kosmetika

Bir halda ki, belə kosmetika orqanik mənşəyə malikdir onu soyuducuda saxlamaq lazımdır.

loading...
Şərh yaz