loading...

1 dilim paxlava yedikdən sonra 1,5 saat heç dayanmadan rəqs etmək, içilən 1 fincan südlü qəhvədən sonra isə 3-3,5 saat ayaqda qab-qacaq yumaq lazımdır.

Formada qalmaq istəyirsiniz, lakin hamburger, pizza, kabab və ya bir dilim şokoladlı torta “xeyr” deyə bilmirsinizmi? Yediyiniz yeməklərdən aldığınız kaloriləri hərəkət edərək yağa çevrilmələrinə mane olmaq mümkündür. Diyetoloq Sona Abbasova hansı yeməkdən sonra hansı idman hərəkətlərinin lazım olduğunu bizimlə paylaşıb:

Bir dilim pizza

180 qramlıq bir dilim pizza təxminən 330 kaloriyə malikdir. O kaloridən xilas olmaq üçün 1 saat boyunca heç dayanmadan üzmək lazımdır. Bu sizə 324 kalori atmaqda kömək edəcək.

Dönər və qamburger

Ət növünə və çörəyinə görə dəyişməklə bərabər ortalama 110 qramlıq bir dönər 240 kalori edir. Bu alınan kalorini yandırmaq üçün templi bir şəkildə 2 saat gəzmək lazımdır.

1 dilim şokoladlı tort…

Xüsusilə, qadınların imtina edə bilmədiyi qidalardan biri də şokoladlı tortdur. Amma yemədən əvvəl bir daha düşünmək lazımdır. Çünki 70 qramlıq bir dilim şokoladlı tort təxminən 275 kalori edir. O tortun kalorisinin sizə artıq çəki olaraq qayıtmasına mane olmaq üçün ortalama 2 saat yarım aktiv bir şəkildə ev işləri görmək lazımdır.

Paxlava yemisinizsə, o zaman rəqs etmək lazımdır.

40 qramlıq bir dilim paxlava qəbul etdiyiniz zaman 240 kalori qazanırsınız. Ondan xilas olmaq üçün isə heç dayanmadan 1 saat yarım rəqs etmək lazımdır.

İçkilərə də diqqət!

Yaz aylarıyla mayeyə olan ehtiyac da artır. Məsələn 330 cc-lik bir qutu hazır vişnə suyu 178 kaloridir. Onu məhv etmək üçün ortalama 300 dəqiqə yəni 5 saat dayanmadan nərdivandan enib-qalxmaq lazımdır.

Südlü qəhvə

1 fincan normal yağlı süd ilə şəkərli südlü qəhvə içdikdə 150-160 kalori almış olursunuz. Ondan qurtulmaq üçün ayaqda 3-3,5 saat qab-qacaq yumaq bu kalorini itirə bilərsiniz.

velo
Kabab!

300 qramlıq bir boşqab lülə kabab 580 kalori edir. Bunun yağ kimi çevrilməsinə maneə törətmək üçün təxminən 2 saat velosiped sürmək lazımdır.

1 dənə lahmacun…

1 ədəd lahmacun (80 qr) yemək bizə 160 kalori əldə etməyimizə səbəb olur. Xilas olmaq üçün 30-45 dəqiqə basketbol oynamaq lazımdır.

Sosiskalı qayğanaq

Bazar səhəri ailəlikcə nahar edirsiniz. Ürəyiniz qızarmış sosiskalı yumurta istədi. Dözə bilmirsiniz və 150 qramlıq 1 boşqab qızarmış sosiskalı yumurta yeyirsiniz. Bu zaman 363 kalori almış sayılırsınız. Bu kalori üçün 1,5- 2 saat arası xizək (kros) idmanı etməyiniz lazımdır.

Makaron

200 qramlıq 1 boşqab pomidor souslu makaron – 286 kalori deməkdir. Bu zaman 2 saat yarım aktiv bir şəkildə ev təmizliyi etməlisiniz.

Kartof qızartması

Ketçup və mayonezə batıraraq yediyiniz kartof qızartmasının kalorisi olduqca yüksəkdir. 100 qramlıq bir boşqab kartof qızartması 390 kaloriyə malikdir. Yanında bir çay qaşığı ketçup 20 kaloridir, mayonez isə 148 kaloridir. Yəni bir anda tam 558 kalori almısınız deməkdir. Bunun üçün 1 saat yarım yüksək sürətdə avar çəkməniz lazımdır.

//Sevil

loading...
SHARE
Şərh yaz