Həkimlər şəkərli diabetin ucuz müalicəsinin üsulunu tapıblar

loading...

Son zamanlar əsl sosial fəlakət olmuş şəkərli diabetinin müalicəsi bir çox insanlar üçün çox ağır maliyyə problemi olub. Lakin eyni zamanda təhlükəli xəstəliklə mübarizədə geniş istehlakçılara əlçatan vasitə kömək edə bilər.

İllinoys ştatının Universitetindən olan tədqiqatçılar belə bir nəticəyə gəldilər ki, rozmarinin və oreqanonun müntəzəm istifadəsi insanın qanında qlükozanın miqdarının azalmasına imkan yaradır. Bundan başqa alimlər əmindirlər ki, diabetin effektiv müalicəsi üçün kömək edə biləcək bir çox əlçatan təbii komponentlər mövcuddur ki, onları aşkar etmək üçün yalnız tədqiqatlar keçirmək lazımdır.

Mütəxəssislər hesab edirlər ki, diabetin terapiyası təbii məhsulların istifadəsinin sayəsində daha ucuz ola bilər. Oreqano və rozmarin kimi məşhur ədviyyatlar da məhz belə məhsullardandır. Tədqiqatçılar hesab edir ki, bu ədviyyatlar dərmanlar kimi qanda şəkərin səviyyəsini aşağı sala bilər.

Onların fikirincə qurudulmuş halda oreqano və rozmarın daha effektivdir. Lakin buna baxmayaraq şəkərli diabet xəstəliyinin müalicəsində pəhrizə riayət etmək və kifayət qədər fiziki yüklənmələrdən istifadə etmək çox əhəmiyyətlidir.

loading...
Şərh yaz