Hər bir işarə ili insanlarının ümumi xarakteristikası

Hər bir işarə ili insanlarının ümumi xarakteristikası

Şərq ulduz falının hər bir işarə ilinin xarakteristikası bu müxtəlif strukturların elementar xassələrinin birləşməsidir. yadda saxlamaq vacibdir ki, bütün bu elementar xassələr insanda eyni zamanda və bütün qüvvə ilə realizə oluna bilməz, onlar yalnız özünü birüzə verməyə “imkan verir”. onlardan “hansını insan istifadə edəcək bunu həyat, zaman göstərir”. yekunda struktur ulduz falı, bu realizə olunan imkanların, əməllərin falıdır.

Nikah strukturu nikahda müəyyənedici rol oynayır.

Kişilər

Siçan

İdarə olunan məhəbbətin və idarə olunmayan iradənin mənbəyi, açıq, rəhmsiz burc. Açıq bürcün məhəbbəti çoxlu aşiq olmalara, vurulmalara aparıb çıxara bilər, amma yenə də məhz məhəbbət bu bürcü nikaha aparır.

Atın sahibi, meymunun nökəridir.

Öküz

Romantik gözəllik, güc, məntiqi təfəkkürə əsaslanan döyüşkənlik, yüksək potensiallıq, rəhmsizlik, ortodoksallıq.

Özünün ortodoksallığı və fəal həyat mövqeyi sayəsində nikah üçün olduqca yaxşı bürcdür. Rəhmsizliyi, komplekslər onun nikah həyatmı mürəkkəbləşdirirlər.

Pələng

Güclü iradə və romantik məhəbbət mənbəyi qapalı və yüksəliş bürcü. Patriarx və zalım, qəddar, buna baxmayaraq həmişə möhkəm ailə, nəslin bünövrəsini qurmağa can atan. Fövqəl qısqancdır, amma adı şəraitdə ədalətli və müvazinətlidir.

Keçinin Sahibi, Öküzün Nökəridir.

Pişik

Gözəllik mənbəyi, intuitor və müşahidəçi, əsəbi hiddətlənmələrə və daimi darıxmalara məhkum olunmuş. Açıq və yüksəliş bürcü. O qədər də ailə bürcü deyil, amma rahatlığa və sakitliyə cəhd onu da ailəyə aparır.

Xoruzun sahibi, əjdahanın nökəridir.

Əjdaha

İdarəolunan məhəbbətin və idarəolunmayan iradənin mənbəyi. Ortodoksal və yüksəliş bürcü.

Nikah bürclərinin ən yaxşılarından biridir. Ortodoksallıq, yumşaq iradə, qadınları tanımaq onu ideal ər edir, qalır yalnız əlverişli nikaha girmək.

Pişiyin Sahibi, Qabanın Nökəridir.

İlan

Qapalı bürcün estetliyi və yüksək həssaslığı, romantik gözəllik və güc, məntiqi təfəkkür, potensiallıq.

Yüksək fəallığa baxmayaraq bu aşağı enerjili bürcdür. Onun nikah ehtiyacı var, amma heç də həmişə onun üçün öz maraqlarını qurban vermir.

Meymunun sahibi, keçinin nökəridir.

At

Güclü iradə, məhəbbətdə romantizm, həssas natura, açıq bürc. Bu cür insanı tabe elətdirmək mümkün deyil, amma əgər nikah həbsxanaya dönmürsə və onun ssenarisi ilə inkişaf edirsə, onda onun məhəbbət və mərhəməti hamıya çatar. Pələngdə olduğu kimi nəslin bünövrəsinin qoymağa can atma.

Qabanın sahibi, siçanın nökəridir.

Keçi

Dalğınlıq, intuisiya, gözəllik, idarəolunmayan döyüşkənlik. Mərhəmətlilik və ortodoksallıq. Seyrçiliyə baxmayaraq, olduqca fəal bürcdür. Ortodoksallardan ailə həyatı üçün ən asan bürcdür.

İlanın Sahibi, Pələngin Nökəridir.

Meymun

İdarəolunan məhəbbətin və idarəolunmayan iradənin mənbəyi. Qapalı və torpağa bağlı bürc. Əgər normadan kənara çıxmalar yoxdursa, onda nikah üçün olduqca layiqli bürcdür. Onu ailə sahəsində yalnız rəngarəngliklərə meyl pis vəziyyətdə qoya bilər, yadda saxlamaq lazımdır ki, onun üçün ailə, nə isə xüsusi bir şeydir.

Siçanın sahibi, ilanın nökəridir.

Xoruz

Ən döyüşkən və potensial kişidir. Romantik gözəllik, güc, soyuq məntiqi təfəkkür. Bürcün konkretliliyi, torpağa bağlılığı və geniş vasitəliliyi. Ona hərəkətlərində geniş üfüqlər verilərsə ondan nümunəvi evcanlı adam etmək olar.

İtin sahibi, pişiyin nökəridir.

İt

Ailəsini sevənlərin daha bir lideri. Ailə üçün romantik məhəbbət əngəl deyil, iradə isə yalnız müsbətdir, ən əsası isə orlodoksallıq və Lorpağa bağlılıqla verilən təsərüffat işlərinə meyllik.

Öküzün sahibi, xoruzun nökəridir.

Qaban

Gözəllik mənbəyi, qapalı və rəhmsiz bürc. İntuitor və xəyalpərəst. Nikahda o nisbi olaraq etinassızdır və yaxud o subaydır. Bunun sayəsində onu ailə həyatına sürükləmək olar. O bunu görəcək və görməyəcək məlum deyil.

Əjdahanın sahibi, atın nökəridir.

Səbuhi Rəhimli

BƏNZƏR MƏQALƏLƏR