loading...

Moda tez-tez dəyişir. Biz də dəbə uyğunlaşmaq üçün şkafımızı lazımlı oldu-olmadı bir çox geyim ilə doldururuq. Bəs, bunlardan hansılarına həqiqətən ehtiyacımız var? Xanim.net bu dəfə Sizin üçün stilistlərin ümumi fikirlərinə əsasən topladığı məlumatları təqdim edir:

Cins şalvar:

Bu şalvarlar illər keçsə də, modadan düşmür. Hər mövsümdə bir neçə kiçik dəyişikliklərlə yenidən qarşımıza çıxır. İstədiyimiz kimi kombin edə bilməyimiz bu şalvarların ən böyük xüsusiyyətidir.

Ağ köynək:

Ən klassik parçalardan biri olan ağ köynəklər hər qadının imtinaedilməz geyim parçalarındandır. Klassik, idman və gündəlik bir çox stil geyimlərlə də rahatlıqla kombin edə bilərsiniz. Bu köynəkləri hər mövsüm rahatlıqla istifadə etmək mümkündür.

Qara kiçik paltar:

Koko Şanelin illər əvvəl atdığı bir addımdır, indiki vaxtda da təsirini davam etdirir. Qara kiçik paltar illər keçdikcə, daha çox əhəmiyyət qazanır. Fərqli model və seqmentləri ilə çox qadının ən əsas hissəsi halına gələn bu paltarlar bir çox fərqli şəkildə də kombin edilir. Gecə çölə çıxmağı sevən birisinizsə, şkafınızın bir küncündə qara paltar mütləq olmalıdır. Qara dikdaban ayaqqabı: Keyfiyyətli və qəşəng bir qara dikdaban ayaqqabıya xərclədiyiniz pul həyatınızı qurtara bilər. Aldığınız bir ayaqqabını diqqətli bir şəkildə illərcə istifadə edə bilərsiniz.
Qara çanta:

Evdən tez bir zamanda çıxmanız lazımdır və geyiminizə uyğun bir çanta tapa bilmirsiniz və budur, o anlarda qara bir çanta ən böyük xilaskarınız olur. Bir qadının ilk çanta seçimi qara rənglə başlayır. Şkafınızda daim ən böyük xilaskar vəzifəsini boynuna götürür. Qara çantanın modeli nə olursa olsun elə də asan dəbdən düşmür.
canta
İdman ayaqqabısı:

İdman etsək də, etməsək də, hamımızın istifadə etdiyi ayaqqabılar təbii ki, idman ayaqqabılardır. Gün ərzində rahatlıqla seçim edə biləcəyimiz bir ayaqqabı növüdür. Rahatlığı müzakirə edilməz bir gerçəklikdir.

Dar ətək:

Dar ətəklər hər qadının şkafında olması lazım olan təməl parçalardan biridir. Xüsusilə qara, ağ, boz kimi əsas rənglər hər mövsüm rahatlıqla istifadə edilə bilər. Amma naxışlı modelləri də indiki zamanda mod sayılır. Həm qəşəng, həm də klassik bir parça olan qələm ətəklərin bundan əvvəl olduğu kimi bundan sonra da moda olacağı gözlənilir.
karandas-yubka
Blazer pencək:

Bu pencəklər indiki dövrdə həm klassik, həm də idman parçaları arasında iştirak edir. Həmçinin, ofisdə və ya ofis xaricində sevərək istifadə edilən bu geyim sayəsində daha havalı bir görünüşə sahib olduğumuz da bir həqiqətdir.

Babet:

Xüsusilə yaz-yay aylarında sevərək istifadə edilən edilir. Model müxtəlifliyi sayəsində sizə ən uyğun olanı seçərək illərcə istifadə edə bilərsiniz.

Saat:

Doğru saat seçimi bir qadının stili haqqında ipucu verən təməl faktlardan biridir. Stilinizə uyğun keyfiyyətli və qəşəng bir saat seçimi etməniz doğru bir aksessuara sahib olacaqsınız deməkdir.
Qadın saatı
Şal:

Yaz, qış ən ikonik parçalardan olan şallar sizi daha çox stil sahibi kimi göstərəcək. Hər kəsin mütəmadi olaraq, istifadə etmədiyi bu parçaları seçim etməlisiniz.

Kəmər:

Həm xilaskarınız, həm aksesuarınızdır. Fərqli bağlama üslubu və doğru bir seçimlə ətrafınıza işıq saça bilərsiniz. Kəmərlərin modelləri dəyişsə də, modası keçmir.
kemer4
Bot / Çəkmə:

Qış aylarının ən rahat parçası nədir deyə soruşsalar, çoxumuz qətiliklə, qışlıq bot və çəkmələr deyərik. Qışda şkafınızda qəşəng bir bot və çəkmələr varsa qorxmayın, onlar həm sizi isti tutar, həm də stil sahibi edər. //Sevil

loading...
Şərh yaz