loading...

Hıçqırıq diafraqmanın dövrü ixtisarı ilə şərtləşən tənəffüs hərəkətlərinin növlərindən biridir. Belə vəziyyət diafraqmal əsəbin qıcıqlanması ilə yaranır və kifayət qədər uzun müddət davam edə bilər.

Həzm yolunun və əsəb sisteminin patologiyasının yoxluğunda, hıçqıran insana kifayət qədər sadə üsullar ilə kömək etmək olar.

Hıçqırığın səbəbləri müxtəlif ola bilər:

  • mədə – bağırsaq yolunun xəstəlikləri;
  • mərkəzi əsəb sisteminin xəstəlikləri;
  • diafraqmal əsəbin qıcıqlanması;
  • həddindən artıq soyuma;
  • stress, psixoemosional gərginlik;
  • alkoqolun istifadəsi.

Çox vaxt insan həddindən artıq çox yeməkdən sonra hıçqırmağa başlayır. Əsəbin davamı olan diafraqmal əsəb, mədə divarlarının artıq təzyiqi nəticəsində qıcıqlanır və bu diafraqmal əzələlərin xaotik ixtisarlarına səbəb olur.

Stress vəziyyətləri və ya emosional gərginlik zamanı hıçqırığın yaranması əsəb sisteminin təzahürlərindən biri kimi qiymətləndirilir. Üz və bədənin əzələ lifləri kimi, ən iri tənəffüs əzələsi – diafraqma – stress vəziyyətlərinə öz ixtisarları ilə cavab verir. Bu səbəbdən insan hıçqırmağa başlayır.

Uzun çəkən hıçqırıq vaxtı nə etmək olar?

Hıçqırığın müalicəsi yalnız uzun müddətli, tez-tez təkrar olunan, yorucu hıçqırıq hadisələri vaxtı dərman vasitələrinin təyinatını tələb edir.

Bu zaman beyin qabığında qıcıqlanmanı azaldan və bununla da diafraqmal əsəbin tonusunu aşağı salan xüsusi vasitələr tətbiq edilir.

Hıçqırıqdan qurtulmaq üçün xalq vasitələrindən istifadə edə, cövhərlərin və müalicəvi otların həlimlərindən qəbul edə bilərsiniz. Həm də heç bir vasitədən istifadə etmədən kifayət qədər sadə üsullar ilə bu problemdən qurtula bilərsiniz. Hesab edilir ki, tam nəfəs almadan sonra hər hansı bir mətni tez və nəfəsi verənə qədər bir neçə dəfə oxumaq lazımdır.

Hıçqırıqdan tez qurtulma üçün gicitkənin və nanənin həlimi yaxşı vasitə hesab edilir. Bunun üçün 2 xörək qaşığı gicitkən və nanə otunun üzərinə 200 ml qaynar su tökün və yavaş oda qoyun. Qaynamadan sonra dərhal süzün və soyudun. Həlimi hıçqırıq zamanı kiçik qurtumlarla qəbul etmək lazımdır.

Bəzən bir neçə saat ərzində belə hıçqırığın öhdəsindən gəlmək olmur. Bu zaman başqa xalq vasitələrinin  köməyi ilə bu problemdən qurtula bilərsiniz. İki kartof qaynadın və qabığı ilə birlikdə onu əzin. Alınmış kartof püresinə 2 çay qaşığı xardal əlavə edin və yaxşıca qarışdırın. Alınmış kütləni qarnınızın üzərinə qoyun. Bir neçə dəqiqədən sonra siz hıçqırıqdan tamamilə qurtulacaqsınız.

loading...
SHARE
Şərh yaz