“İcazə versəniz, Elnur Türkiyəni təmsil edərdi” – Özcan Dəniz

loading...

Türkiyəli müğənni Özcan Dəniz Bakıda rejissorluğunu etdiyi “Sevimli təhlükəli” filminin qala gecəsində iştirak edib.

Xanim.net xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan gecəyə Özcan Dənizlə yanaşı, filmin baş rollarını canlandıran Ayça Ayşin Turan, Şükrü Özyıldız və yaradıcı heyətin digər üzvləri qatılıb. Filmi tamaşaçılarla birgə izləyən qonaqlar daha sonra media nümayəndələrinin suallarını cavablandırıblar.
Özcan Dəniz filmin bir sıra xarici ölkədə bəyənildiyini bildirib:

“Film artıq Türkiyədə və Avropanın bir sıra şəhərlərində nümayiş etdirilib və çox bəyənilib. İnanırıq ki, ekran əsəri Azərbaycanda da bəyəniləcək. Filmin çəkilişləri təxminən 6 həftədən çox müddətə tamamlanıb, amma nümayiş olunmağa 3-4 gün qalmış tam hazır edilib”.

Özcan Dəniz filmlə yanaşı, müğənniliyinin də davam etdiyini deyib:

“Hər nə qədər film çəksəm də, mənim əsl sənətim müğənnilikdir. Təvazökarlıqdan uzaq olsa da, deyib ki, mənim müğənnilikdən uzaqlaşmağım Türkiyə şou-biznesinə ağır itki olar”.

Sənətçi “O səs Türkiyə” müsabiqəsinin bu ilki qalibi Elnur Hüseynov haqda deyilən mənfi fikirlər barədə də danışıb:

“Elnurun həqiqətən də çox gözəl səsi var. Türkiyədə demək olar ki, hamı onunla fəxr edir. Onun qalibiyyəti haqda mənfi fikir eşitməmişəm. Əksinə, Türkiyə Elnur kimi güclü səs sahibi qazandı. Elnur Hüseynov bir dəfə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib. İndi icazə versəniz, Elnur bu dəfə Türkiyəni təmsil edərdi”.

Kamil Əmirli

loading...
SHARE
Şərh yaz