loading...

Hər bir xanım ideal bədən ölçülərinə sahib olmaq, zərif görünmək arzusundadır. Bunun üçün müxtəlif pəhrizlər, idman hərəkətləri və s. tətbiq olunur. Xanim.Net bu dəfə Sizə ideal çəkidə qalmaq üçün 20 qaydanı təqdim edəcək:

1. Yağlı və şirin qidaları maksimum azaltmaq

2. Qızardılmış yeməklər yeməmək

3. Süni qidalardan və içkilərdən imtina etmək

4. Tez-tez qazsız su içmək

5. Mümkün qədər çiy qida qəbul etmək

6. Çoxlu qatıq və meyvə-tərəvəz yemək

7. Çörək, duz, şəkəri azaltmaq

8. Bol çeçiddə ədviyyatlardan istifadə etmək

9. “Fast-food”dan imtina etmək

10. Hər gün limon, kələm, sarımsaq yemək

11. Ət, yumurta və süd məhsullarından imtina (qatıqdan başqa)

12. Tez-tez ilıq su ilə yuyunmaq

13. Açıq havada gəzmək

14. Heç bir halda əsəbiləşməmək

15. Günəş vannası qəbul etmək (12-17 arası istisna olmaqla)

16. Yalnız taxt çarpayıda və arxası üstə yatmaq

17. Sutkada 7 saatdan artıq yatmamaq

18. Yüngül gimnastika və qaçış

19. Kosmetikadan istifadəni minimuma endirmək

20. Xəstələndikdə ilk növbədə təbii müalicəyə üstünlük vermək

Qeyd edək ki, göstərilən şərtlər dahi yapon alimi, dünya şöhrətli dietoloq Katsudzo Nişinin tərtib etdiyi sağlamlıq sistemi əsasında hazırlanıb. Dünyada məhşur “Natural gigiyena” hərəkatı da bu qaydalara istinad edir. Bu qaydalara əməl etmək insanı təkcə arıqlatmır, həm də sağlam saxlayır.

loading...
Şərh yaz