İdeal kişi necə olmalıdır?

loading...

Təbii ki, tamamilə hər bir qadının ürəyincə olacaq ideal bir kişi portreti təşkil etmək mümkün deyil. Lakin yenə də hər bir xanım üçün ideal kişiyə aid ümumi bir fikir mövcuddur. Sizlərə ideal kişilərə aid bir neçə xüsusiyyəti təqdim edirik.

Aşiq kişi

Əlbəttə ki, biz ilk növbədə bizi sevən insanlara üstünlük veririk. Əgər kişi bizi sevirsə, bizdən xoşlanırsa, “əlində gəzdirirsə” – bu zaman biz xoşbəxt oluruq! Hər bir qadın öz yoldaşının həyat dəyərlərinin siyahısında birinci olmağı arzu edir. Mükəmməl kişinin sirri olduqca sadədir: belə ki, o hər gün öz sevgisini təsdiq edə bilir. Onun xanımı hər zaman gözəl, istənilən və sevimli olduğunu dəqiq bilir. Bu əminlik də daim sözlər və hərəkətlərlə təsdiq edilir.

Sizi başa düşən kişi

İdeal kişi sizi hər zaman anlayıb bağışlamağı bacarmalıdır. O hər zaman və hər şeydə öz xanımını dəstəkləyəcək və ona kömək etmək üçün əlindən gələni edəcək.

Qayğıkeş kişi

Qayğıkeş kişi sizin nə vaxt narahat olduğunuzu, ağrıdığınızı və ya özünüzü pis etdiyinizi hiss edəcək və sizin yaxşı olmanız üçün hər şey edəcək.

Cəsarətli kişi

Mükəmməl kişi öz yoldaşını və uşaqlarını lazımlı hər bir şey ilə təmin edə bilir. Onun çilingər, dövlət məmuru və ya bank işçisi olmağı isə əhəmiyyətli deyil. Ona istənilən vəziyyətdə etibar etmək olar.

Xəyanət etməyən kişi

İdeal kişi xəyanət etmir. O öz yoldaşını sevdiyinə görə ona başqası lazım deyil. Onun həyatında ailə əsas yerdə dayanır.

Ağıllı kişi

Ağıllı kişi nə deməkdir? Bu öz yoldaşının qadınlar arasında ən ağıllı olduğuna əmin olan kişidir! Bu o deməkdir ki, o xanımının fikri ilə razılaşır və onun doğru olduğuna inanır. Bununla belə, ağıllı kişi həyatında olan prosesləri hər zaman nəzarət altında saxlamağı bacarır.

Yumor hissi olan kişi

Bu tip kişilər sizin əhvalınızı bir sözlə yaxşılaşdıra bilir, onlar qadını əyləndirə və şadlandıra, ona sürprizlər etməyi və hər zaman optimist qalmağı bacarır.

loading...
SHARE
Şərh yaz