loading...

Yaz fəsli yaxınlaşmaqdadır. Hər kəs isti mənzillərdən və evlərdən təmiz havaya, təbiətə yaxın olan yerlərə ziyarət etməyə çalışır. Təbiətdə isə çox gözəl piknik qurmaq olar. Biz sizə piknik üçün bəzi məsləhətlər təqdim edirik.

Plan tərtib edin

Piknik ilk baxışdan sadə görünsə də əslində bu bir sıra tədbirlər tələb edən bir prosesdir. Bunun üçün əvvəlcədən plan tərtib etmək lazımdır ki, piknik vaxtı əhval-ruhiyyəniz korlanmasın.

Əsas vacib məqamlar:

Avadanlıq. Özünüzlə götürəcəyiniz hər şeyi mütləq yazın ki, yadınızdan çıxmasın. Piknikə hazırlaşarkən mümkün olan fövqəladə vəziyyətləri də nəzərə almaq lazımdır.

Məhsullar. Yeməklərin və zəruri ərzaqların siyahısını tutun və mağazaya bu siyahı ilə gedin.

Dərman qutusu. Həşəratların sancmalarından, kəsiklərdən, yaralardan qurtulmaq üçün özünüzlə ilk yardım üçün hər şeyi götürün.

Əyləncə. Maraqlı və şən vaxt keçirmək istəyirsiniz? Bu zaman əyləncə və ona lazım olan hər şeyin əvvəlcədən siyahısını tərtib edin.

Piknik üçün yer seçimi

Piknik adətən təbiətdə olur, amma nəzərə almaq lazımdır ki, təbiət də müxtəlif olur. İlk növbədə istirahət üçün yer seçmək lazımdır. Ən yaxşısı yeri istirahətdən əvvəl tapmaqdır. Piknik üçün yer seçərkən növbəti məqamlara diqqət etmək lazımdır:

Sivilizasiyadan uzaq olması

Əgər siz sivilizasiyanın bütün nemətlərindən zövq almaq istəyirsinizsə bu zaman turist bazasına və ya bağa yollanın. Amma əgər təbiətlə birlik hiss etmək istəyirsinizsə, bu zaman kəndə və ya rayona yola düşün.

Şəhərdən uzaq. Uzun yol yorucu olduğu üçün şəhərə daha yaxın yerlərə üstünlük verin.

Külək, yağış və günəşdən qorunan yer. Getdiyiniz yerdə ağaclar olsa, onların kölgəsində dincəlmək lap əla olar.

Ərazi

Məsələn əgər siz futbol oynamaq istəyirsinizsə, bu zaman düz yer seçin.

Çay, bulaq və ya şəlalə. Təbii ki, isti yay aylarında sərinləmək üçün çay kənarında dincəlmək, sərin bulaq suyundan dadmaq olduqca gözəl hisslər bəxş edir.

Yemək

Piknikdə nə hazırlamaq olar? Sadə tərəvəz salatları, buterbrodlar və s. Bunun üçün siz özünüzlə növbəti məhsulları götürə bilərsiniz: kabab üçün ət, çörək, tərəvəzlər (kartof, xiyar, pomidor, göyərti), duz, çay paketləri, souslar (ketçup, mayonez), içkilər (adi su və şirələr), buterbrod üçün kolbasa və pendir, meyvələr, sosiska almaq olar.

loading...
SHARE
Şərh yaz