loading...

İdmana başlamağa qərar vermisiniz, amma bəzi səbəblərə görə davam edə bilmirsiniz? Bəlkə də astroloji olaraq idmana uyğun bir gündə başlamırsınız. 2015-ci ilin idmana başlamaq üçün ən yaxşı günlərini təqdim edirik.

İdmana başlamaq ya da başlamamaq üçün hamımız onlarla səbəb sıralaya bilərik. Neçə dəfə idman salonuna özümüzü qeyd etdirdik, yeni idman geyimləri aldıq, ya da hər ayın əvvəlində idmana başlamaq üçün öz-özümüzə söz verdik! Bir çox uğursuz hekayəmiz olsa belə, idmana başlayarkən motivasiyamızı, yaxşı niyyətimizi itirməməliyik. Əvəllər idmanda buraxdığımız mənfi təsirləri özümüzdən uzaq tutmalıyıq. Bəlkə də daha əvvəl astroloji olaraq doğru zamanlarda idmana başlamamışdıq.

Çox istədiyiniz halda idman macəranızı heç cür davam etdirə bilmirsinizsə, idmana ilk addımı atacağınız günü Ayın böyümə dövrünə bərabər gətirməlisiniz. Hilalla başlayan Ayın İlk dördün fazının sonuna qədər davam edən müddət idmana başlanğıc etmək üçün yaxşı bir dövrdür. Bu müddət astrolojidə toxum atma zamanı olaraq qəbul edilir. Toxumların böyüməsi üçün bütün şərtlər meydana gəldiyindən, zaman daxilində meyvə almağınız mümkün olur.

Ayın böyüyən təsirlə bu dövrdə idmana başlasanız, davamını gətirə bilərsiniz. İdman etmə istəyiniz və fürsətləriniz də arta bilər. Sağlam qidalanma tərzinə keçməyi düşünürsünüzsə, yenə bu dövrdə yaxşı bir başlanğıc edə bilərsiniz.

2015-ci ilin idmana başlamaq üçün ən uyğun tarixləri bunlardır:

20 yanvar, 19 fevral, 20 mart, 18 aprel, 18 may, 16 iyun, 16 iyul, 14 avqust, 13 sentyabr, 13 oktyabr, 11 noyabr, 11 dekabr. // Sevil

loading...
Şərh yaz