loading...

ABŞ-ın Los-Anceles şəhərində “American Music Awards 2014” mükafatının təqdimat mərasimi keçirilib.

“Nokia Theatre” arenasında keçirilən mərasimdə triumfator Britaniyanın “One Direction” boyz-bendi olub. “İlin ən yaxşı müğənnisi” nominasiyasında qrup İqqi Azaliya, Beyons, Keti Perri və Farrel Uilyamsı qabaqlayıb.

“Midnight Memories” albomuna görə “One Direction” qrupu “İlin ən yaxşı pop/rok albomu” nominasiyasında qalib gəlib. Qrup habelə “İlin ən yaxşı qrupu” seçilib.

İqqi Azaliya “The New Classic” albomuna görə “İlin ən yaxşı rep/hip-hop albomu” və “Ən yaxşı rep/hip-hop ifaçı” nominasiyalarının qalibi olub.
Britaniyalı Sem Smit “İlin ən yaxşı kişi pop/rok ifaçısı”, amerikalı Keti Perri “İlin ən yaxşı qadın ifaçısı”, Enrike İqlesias isə “İlin ən yaxşı latinos stilli ifaçısı” nominasiyasında bütün rəqibləri üstələyiblər.

Keti Perrinin “Dark Horse” mahnısı “İlin sinqli” seçilib. Bununla yanaşı, Ketti Perriyə “Böyüklərin sevimli ifaçısı” mükafatı da verilib.

42-ci dəfə keçirilən mərasimdə səhnəyə çıxanlar arasında Teylor Svift, Lord, Förqi, Cennifer Lopes, Ariana Qrande, Niki Minaj və digərləri də vardı.
Beyonsun “Beyonce” albomu “Soul və R&B janrında ən yaxşı albom” mükafatını alıb. O, soul və R&B janrlarında “İlin ən yaxşı ifaçısı” seçilib.
Elektron musiqi janrında Kelvin Harris, alternativ musiqidə – “Imagine Dragons” ən yaxşı ifaçılar adlarına layiq biliniblər.

milli.az

loading...
Şərh yaz