loading...

Ən xoşbəxt hesab olunan yaşların 23 və 69 olduğu müəyyənləşdirilib. İngiltərədəki London İqtisadi Performans Mərkəzindən alimlərinin apardığı araşdırma insan həyatında xoşbəxtliyin “U” şəkildə əyri bir xətt olduğunu göstərib.

Tədqiqatçılar insanların 23 yaşında çox xoşbəxt və çox nikbin olduqlarını, ancaq əhval-ruhiyyələrinin 50 yaşlara qədər yavaş-yavaş pozulduğunu bildiriblər. Daha sonra isə bəzi fikir və gözləntilərin geri qayıtdığını və 69 yaşında təkrar xoşbəxt olmağa başladığını vurğulayıblar.

17-85 yaş arası 23 mindən artıq adamın iştirak etdiyi tədqiqatda gənclərin gələcəkdən gözləntilərinin çox, yaşlıların isə az olduğu, yaş irəlilədikcə gözləntilərinin puç olduğu, fədakarlıq edildikdə həqiqi xoşbəxtliyə qovuşmağın mümkün olduğu açıqlanıb.

loading...
SHARE
Şərh yaz