İnsan ürəyi haqqında maraqlı elmi faktlar

loading...

Siz blirsinizmi ki, xorda oxuyan insanların ürək ritmləri sinxronlaşdırılır? Sizə insan ürəyi haqqında başqa maraqlı elmi cəhətdən təsdiq edilmiş faktları təqdim edirik.

  • Ürəyimiz hər gün ağır yük maşınını 32 kilometr məsafəyə çəkmək üçün kifayət edəcək qədər enerji istehsal edir.
  • Beləliklə, insan həyatı ərzində ürəyin ümumi enerjisi Aya və geriyə uçuşu təmin edə bilər.
  • Ürək demək olar ki, bədənimizin 75 trilyon hüceyrəsini qanla təmin edir.
  • Qan təchizatına ehtiyac duymayan orqan – göz qapağıdır.
  • Əgər həyat boyu ürəyimizdən keçən qanın miqdarını cəmləsək, bu zaman təxminən bir yarım milyon barel və ya 200 dəmir yolu sisterni alına bilər.
  • Ürək hüceyrələri artıq körpənin ana bətnində olduğu vaxt işləməyə başlayır (4-cü həftədə).
  • Ən böyük ürək göy balinadadır. O təxminən 680 kilodur.
  • Xüsusi tədqiqatlar göstərdi ki, təhsilin səviyyəsinin artıması ilə ürək xəstəliklərinin riski aşağı enir.
  • Buna baxmayaraq, ürək qüsuru yenə də insan həyatının əsas təhlükəsi sayılır.
  • Bu xəstəliyin əlamətləri hətta 3000 il əvvəlki mumiyalarda da aşkar edilib.
  • Ürək tutmalarının pik nöqtəsi nədənsə Milada və Yeni il ərəfəsinə təsadüf edir.
  • Həftə ərzində ürək tutmasının maksimal ehtimalı bazar ertəsi səhərə təsadüf edir.
  • Bir halda ki, ürəyimiz elektrik impulslarını müstəqil istehsal edir, o bədəndən ayrı oksigen kəsilənə qədər döyünməyə davam edə bilər.
  • 1929-cu ildə alman cərrahı Verner Forsman kateteri əlinin damarı vasitəsilə daxil edərək öz ürəyinin daxili sahələrini tədqiq edib. Sonradan bu prosedur tibb sahəsində ürək kateterizasiyanın adi proseduruna çevrildi.
  • 1967-ci il 3 dekabrda Cənubi Afrikalı həkim Kristian Barnard ürək transplantasiyasını edib. Baxmayaraq ki, pasiyent yeni ürəklə yalnız 18 gün yaşadı, bu ürək transplantasiyasının ilk uğurlu təcrübəsi hesab edilir.
  • Qadın ürəyi, bir qayda olaraq, kişi ürəyindən daha sürətli döyünür.
  • Ürək sağlamlığına imkan yaradan çox gözəl vasitə gülüşdür! O damarların divarlarını zəiflədərək qan dövranının intensivliyini 20% artıra bilir.
  • Ürək və sevginin qarşılıqlı əlaqəsinin ideyasının tarixi mənşəyi haqqında etibarlı elmi informasiya bu gün yoxdur. Bir çox qədim sivilizasiyalar ürəyi hisslər, emosiyalar ilə bağlayırdı.
  • “Sınmış ürək” lirik obrazı bəzi elmi əsaslara malikdir. Məsələ ondadır ki, güclü emosional sarsıntı keçirən insanın orqanizmində stress hormonları istehsal edilir. Ürəyə qanın cərəyanı ilə düşərək, onlar müvəqqəti şok, bəzən hətta ürək tutması doğura bilər.
  • İsveç alimlərinin son tədqiqatları xorda ifa edən insanların ürək ritmlərinin sinxronlaşdırılmasını təyin edib.
loading...
Şərh yaz