loading...

İş görüşməsi müddəti namizədlər üçün qısa da olsa ümumiyyətlə həyəcanlı və stressli bir zaman hissəsidir. Hələ bir də bu mövzuda çox təcrübəniz yoxdursa o zaman vəziyyət həqiqətən çətin ola bilər. Çağırıldığınız görüşdə, işə götürən üçün müsbət bir təəssürat buraxmaq istəyirsinizsə görüşmə əvvəlində və əsnasında sizə köməkçi olacaq bu ip uclarını mütləq oxuyun:

  • Müsahibəyə getməzdən əvvəl görüşəcəyiniz iş yeri haqqında kiçik bir araşdırma edin. İnternet saytları varsa araşdıraraq işləri haqqında məlumat əldə edin.
  • Soruşmaq istəyəcəyiniz suallar varsa mütləq qeyd edin. İşə götürənin işçidən gözlədiyini, iş saatlarını, iş yerində ya da əlaqədar müəssisədə neçə adamın işlədiyini, ictimai haqların nə olduğunu soruşmağı unutmayın.
  • Əgər əvvəllər haradasa işləmisinizsə, işlərinizi təqdim edə biləcəyiniz bir fayl hazırlaya bilərsiniz.
  • Görüşməyə uyğun geyimə diqqət edin. Paltar seçiminzdə gedəcəyiniz şirkət və görüşəcəyiniz mövqe təyin edici olacaq. Məsələn bir reklam agentliyinə daha rahat paltarlarla gedə bilərkən bir maliyyə şirkətinə daha rəsmi geyim seçim etməli olduğunuzu nəzərə alın. Hər şərtdə təmiz və səliqəli görünməyə diqqət yetirin.
  • Görüşmə saatınızdan 15 dəqiqə əvvəl iş yerində olmağa çalışın.
  • Gülər üzlü və sakit olun.
  • Görüşmə əsnasında əvvəlki iş yerləriniz ya da iş yoldaşlarınızla əlaqədar mənfi şərhlər etməyin. Əks halda bu işə götürən üçün pis bir təəssürat buraxmanıza səbəb ola bilər.
  • Görüşmə əsnasında sualları cavablayərkən rahat olun və özünüz kimi davranın.
  • Təcrübələriniz və qabiliyyətləriniz haqqında yalan danışmaqdan çəkinin.
  • Soruşulan suallara tələsik cavablar verməməyə diqqət edin. Düşünərək, özünüzü ən yaxşı şəkildə ifadə edə biləcəyiniz şəkildə sualları cavablandırmağa çalışın.
  • İş görüşməsinin nə qədər müddətdə nəticələnəcəyini soruşmaqdan və nəticəyə dair müsbət-mənfi məlumatlandırılmağı istəməkdən çəkinməyin.

 

Sizə uğurlar!

loading...
Şərh yaz