loading...

Bilirsinizmi ki, həyatınızdakı bir çox hadisələrin nəticəsinə menustral tsiklinizin hansı günündə olmanız təsir edir? Bilmirsiniz? Elə isə tanış olun.

Belə bir təqvimdən istifadə etmək bacarığı şəxsi və iş həyatınızda uğur əldə etməyinizə kömək edə bilər. Təqvim menustral tsiklin əsas mərhələlərindən təşkil olunur. Onlar xüsusi hormonlarla tənzimlənir.

Əvvəlcə qadın menustral tsiklinin nə olduğunu aydınlaşdıraq. Bu tsikl hər ay baş verən və 28 gündən bir təkrarlanan menustrasiya tsiklidir. Bu vaxt bəzilərində daha uzun, bəzilərində daha qısadır. Nəticədə bir qadın ömrü boyu təxminən 480 menustrasiya keçirir. Bu dövr ərzində qadın bədənindəki hormonların miqdarına görə bir neçə mərhələ ayırmaq olar.

 1 – 5-ci günlər: kağızları qaydaya salın.

İlk mərhələ qanlı axıntının olduğu günlərdir. Bu günlərdə qadın istənilən ağır işdən qaçmağa çalışır. The Daily Mail jurnalına sağlam həyat eksperti Marion Qlakın dediyinə görə “bu vaxt uzun məsafələrə qaçış, hətta uzunmüddətli səfər planlaşdırılması üçün də münasib deyil”. Bu günlərdə vacib görüşlər, gecə yığıncaqları, uzaq məsafəyə səfərlər təşkil etməyin. Vaxtınızı ev işlərinə, ailənizə, sonraya saxladığınız kağızlara həsr edin.

Bu mərhələdə estrogen hormonunun miqdarı aşağı düşür. O, yumurtalıqlar tərəfindən sintez olunur və qadının fiziki və emosional güc verir, həyat eşqini yüksəldir. Həm də menustrasiya dövründə qadın xeyli dəmir itirdiyinə görə özünü zəif hiss edir. Bunun üçün qida rasionunuzda dəmir və sinklə zəngin qida daxil etməklə gücünüzü bərpa edə bilərsiniz.

 6 – 13- cü günlər: yaradıcılıq üçün əla dövrdür

Çətin mərhələ arxada qaldı. Bu dövrdə yumurtalıqlarda follekullar yetişir. Nəticədə estrogenlərin miqdarı artır. O, beynin fəaliyyətini stimullaşdırır. Bu dövr yeni proyektlərin işlənməsi, yığıncaqların təşkili və yaradıcılıq üçün ideal vaxtdır. Çalışın zülalla zəngin qidalar qəbul edəsiniz. Bu sizin gücünüzü bir az da artıracaq.

 14 – 16-cı günlər: sevgilinizin yanında olun

Menustral tsiklin ortasında ovulyasiya-follekuldan yumurta hüceyrənin çıxması baş verir. Bu zaman bədəndə bir qədər kişi hormonları yüksəlir. Bu isə cinsi istəyin artmasına səbəb olur.

Bu dövr hamilə qalmaq üçün ideal vaxtdır. Qadın bu periodda özünü tam güvənli hiss edir. Çox seksual və cazibədardır. Onunhərəkətlərinin istiqamətlınməsi, məqsədyönlülüyü aydın nəzərə çarpır. Ən çətin və həll olunmaz məsələləri həll edə bilər.

Bir şeyə diqqət etməlisiniz. Orqanizmdə testosteronun miqdarını artıracaq qidaları qəbul etmək məqsədəuyğun deyil: ananas, brokoli belə qidalardandı.

 17 -28-ci günlər. Əzizlərinizə baş çəkin

Ovulyasiyadan sonra lütein faza başlayır. Partlamış follekulun yerində sarı cisim əmələ gəlir. O, progesteron adlanan hormon ifraz edir. Progesteron sqkitləşdirici təsir edir. Bu dövrdə siz kiifayət qədər tolerant və sakit olacaqsınız. Bu vaxtı əzizlərinizin, doğmalarınızın əhatəsində keçirin. Münasibətinizin kəskin olduğu insanlarla ünsiyyət saxlayın. Bəlkə hər şey öz yoluna düşdü.

Artıq fazanın sonuna yaxın 25-26 cı günlərdən etibarən predmenustral dövr başlayır. Bu estrogenlə progesteron arasındakı balansın pozulması ilə izah olunur. Sağlam qadınlarda  bu disbalans tezliklə düzəlir. Ama əksərən bunu qidalar, hormonal dərmanlar və s. amillər pozur. Nəticədə əsəbi olur, üz, əllər şişir, döş vəzləri həssaslaşır, baş ağrısı və qarın köpü baş verir.

Buyurun! Təqvim hazırdır! Orqanizminizə bələd olub, həyatınıza tətbiq edin və uğur sizinlə olsun!

loading...
SHARE
Şərh yaz