İşgüzar xanımlara bir neçə məsləhət

İşgüzar xanımların günün yarısını sosial mühitdə aktiv və ya passiv şəkildə keçirməsinə baxmayaraq, onlar üçün əsas şərt geyimdə rahatlıqdır.

Rahatlığı təmin etmək üçün mümkün qədər qıcıqlandıran və dar parçalardan uzaq olun. Bütün gün eyni qiyafənin içində olacağınızı nəzərə alaraq rahat quruluşa və materiala malik geyimlərə üstünlük verin. Midi ətəklər iş yerlərində ən uyğun geyimdir. Aktiv işlərlə məşğul olan xanımlara dar ətəklər məsləhət görülmür. Hündür dabanlı ayaqqabılar klassik işgüzar xanım ab-havası yaradır. Ayaqqabı incə dabanlı və dar deyilsə, geyim kombinlərinizdə rahatlıqla istifadə edə bilərsiniz. Yaz-yay aylarında bej, qara, kvars çəhrayısı və açıq-səma rəngli dəbli babetlər ətəklərinizlə uyğunluq təşkil edib, xoş görünüş yaradar. Bu həm də rahatlıq baxımından avantaj yaradar.

Atlas, ipək parçalardan bej, yaxud ağ rəngli köynəklər yaraşıqlı görünüşə zəmanət verir. Lakin şux görünmək istəyirsinizsə, geyimdə təmizlik və səliqə əsasdır. Gündəlik idman geyimləri, enli köynəklər, loqolu, şüarlı geyimlər iş mühiti üçün yararsızdır. İş geyimləriniz üçün qarderobunuzda ayrıca guşə yaradın. Jilet, pencək dar kəsimli, yay üçün isə kapri şalvarlara yer verin. Əgər vacib bir mövqedəsinizsə, daha klassik cizgilərdən istifadə edin. Sadə aksesuarlar ən birinci seçiminiz olmalıdır. Sadə bir üzük, zərif boyunbağı və incə sırğa idealdır. Hərəkət etdikcə səs çıxaran ,yaxud iri daş qaşlı aksesuarlar iş geyimində məqsədəuyğun deyil. Çünki aksesuar geyiminizi tamamlayır.

Sonda, hər sahədə uşaqdan böyüyə hər kəsə çoxşaxəli seçim imkanı yaradan AAAF Park Mağazalar Şəbəkəsi dəbli və keyfiyyətli kolleksiyalarla sizin ixtiyarınızdadır.

loading...
SHARE