İşi nə vaxtdan bir dəyişmək lazımdır?

loading...

XXI əsrin başlanğıcında qadınlar üçün karyera müəyyən hədəfə çatmaq üçün yuxarı doğru planlaşdırılmış hərəkətdir və bu oyunun da, istənilən başqa oyun kimi öz qaydaları var. Oyun üçün isə siz özünüzə “kozır kartları” yığmalısınız: yəni gözəl təhsil, xarici dil biliyi, peşəkar biliklər və bacarıqlar, məşhur şirkətlərin birində iş təcrübəsi və lazımlı iş stajı.

Sizin dəyişdirdiyiniz şirkətlərin , vəzifələrin sayı, iş stajı o qədər də əhəmiyyətli deyil, nəinki sizin əldə etdiyiniz bacarıq və bilikləriniz.

Üç il və yuxarı

Bir yerdə işin müddəti sizin karyeranızın inkişafından nə qədər asılıdır? Çoxları birbaşa asılı olduğunu vurğulayır, çünki şəxsi nəticələri ən azı bir şirkətdə çalışdıqdan üç il sonra qiymətləndirmək olar. Onun daxilində də bir vəzifədən tədricən qalxma mümkün olur. Bunun ən yaxşı karyera strategiyası olduğu görünür ki, bu bir sıra peşələr üçün yarayır. Məsələn təcili yardım həkimi klinikanın baş həkiminə qədər, ali məktəb müəllimi kafedranın assistentindən fakültənin dekanına və universitetin rektoruna qədər, bankın kredit bölməsinin əməkdaşı isə idarə heyətinin müavininə qədər yüksələ bilər. Bu sferalarda karyeranı bir təşkilat çərçivəsində qurmaq mümkün olur.

Bir ildən az olmamaq şərti ilə

Digər tərəfdən, bir çox sferalarda müxtəliftərəfli təcrübəyə malik əməkdaşlara üstünlük verilir ki, onlar bir yerdə çox “oturmur” və motivasiyanı itirməmiş olurlar. Bu satış üzrə menecerlər, turizm üzrə menecerlər, dizaynerlər, layihə rəhbərləri, PR-menecerlərdir ki, onların bir şirkətdəki iş müddəti bir il ola bilər.
İstisnalar isə hər yerdə var. İş təcrübəsi maaşa və karyera yüksəlişinə təsir edir. Müvafiq departament rəhbərləri üçün tələblər artır: belə ki, bir yerdə iş təcrübəsinin 3 ildən çox olması üstünlük sayılır.

İş görüşündə nədən danışmaq lazımdır?

Əgər siz çox tez-tez iş dəyişdirirsinizsə, bu zaman hətta ən asan işə götürəni qorxutma ehtimal var. Bu halda düzgün izahatlar və şəxsi cazibənizi hazırlayın ki, öz mövqeyinizi müdafiə edə biləsiniz.
İş görüşməsində peşəkar və şəxsi artma istəyini qeyd etməyə dəyər ki, əvvəlki şirkətdə bu vəzifə çərçivəsində bunun üçün obyektiv şərait yaradılmayıb.

Rəhbərləri inandırmağa çalışın ki, iş yerinin tez-tez dəyişməsi sizin yaxşılığa doğru pozitiv cəhdiniz, sizin fəallığınız və ideyalarınızın mövcudluğudur. Lakin bir vəzifədə uzun müddətli iş karyera yüksəlişi üçün biliklərin və təcrübənin akkumulyasiyasıdır.

Əgər siz anlayırsınızsa ki, sizin şirkətinizdə perspektivlər yoxdur, sizin nəticəniz biznes-prosesə lazımlı deyil, sizin əməyiniz ən kiçik maaş cədvəli ilə qiymətləndirir – bu zaman iş yerinizi dəyişmək üçün əsl vaxtdır.

Özünə qiymət verən mütəxəssis, bir qayda olaraq, bazarda vəziyyəti, əmək haqqının səviyyəsini izləyir, lazımlı şirkətləri və onların tələblərini bilir ki, lazımlı anda uğuru qaçırmayıb və karyera yüksəlişi üçün növbəti addımı atsın. Bu gün karyera artıq bir şirkətdə tədricən artım deyil, bu strateji addımların tam ardıcıllığıdır.

loading...
SHARE
Şərh yaz