İspanaqlı göbələk dolması

loading...

Dadından doymayacağınız ispanaqlı göbələk dolmasının hazırlanma qaydasını təqdim edir.

Tərkibindəkilər:

  • 70 qr kərə yağı
  • 400 qr göbələk
  • 1 ədəd ortaboy nazik doğranmış soğan
  • 2 st nazik doğranmış ispanaq yarpaqları
  • 60 qr nazik doğranmış ət
  • 1 st çörək qırıntısı
  • 50 qr holland pendiri

Hazırlanması:

Göbələklərin saplaqlarını qoparıb yuyun. Yaxşıca quruladıqdan sonra kənara qoyun. Tavada kərə yağını əridin. Soğanları əlavə edib qovurmağa başlayın. Soğanlardan sonra ispanaq və incə doğranmış ətləri əlavə edib qovurun. İspanaqlar tam suyunu çəkdikdən sonra tavanı kənara qoyub içinə çörək qırıntılarını əlavə edin. Hazırladığınız bu qarışımı göbələklərin içinə doldurub üzərinə holland pendiri tökün. 180 dərəcədə sobada bişirdikdən sonra isti halda süfrəyə verin.

Qeyd: Göbələk su çəkən tərəvəz olduğundan mütləq yaxşı yumaq və yuduqdan sonra yaxşıca qurutmaq lazımdır.

loading...
Şərh yaz