İstədiyinizi əldə etməyin yolları

loading...

Münasibətdə istədiyiniz bir şeyi necə əldə edərsiniz? Bunun üçün sizə bir neçə təklifimiz var.

Bir şey istəyərkən gözəl ifadələrlə istəyin

Bir şey istəməyin iki yolu vardır. Biri, bir başa istədiyini dilə gətirmək, digəri isə istəyini dolayı yolla izah etmək. İkinci yolu seçdiyinizdə istədiyiniz şeyi nə qədər sürətli qarşınızda tapa biləcəyinizi görün. Məsələn, bu axşam yeməyini sevgilinizin etməsini istəyirsiniz. “Bu axşam canım bişirmək etmək istəmir. Sən hazırlayarsan.” yerinə “Keçən gün etdiyin makarona söz ola bilməz. Ən sevimli yeməyim oldu. Bu axşam da edə bilərsənmi?” demək qarşınızdakını daha da ruhlandıracaq.

İstəyinizi açıqca dilə gətirməyin

İstədiyiniz bir şeyi niyə istədiyinizi izah edib dilə gətirmək yerinə, edəcəyiniz söz oyunları onun mesajı daha tez almasını və tətbiqə keçməsini təmin edəcək. Çünki kişilər sanksiyalardan xoşlanmazlar, bunu unutmayın!

İstədiyiniz şeyi əvvəl siz ona verin

Səhv başa düşülməsin, hər şey qarşılıqlı olmaq məcburiyyətində də deyil. Amma istədiyiniz şeyi əvvəl siz ona versəniz onun da sizə geri dönüşünü görəcəksiniz. Məsələn, kürəyiniz çox ağrıyır və yüngül bir masaj istəyirsiniz. Ondan bunu səsli bir şəkildə istəmək yerinə, əvvəl siz ona bir kürək masajı edin. Masaj bitdiyində – təbii ki, yuxuya getmiş olmazsa – sizə necə bir masaj edəcəyini təxmin belə edə bilməzsiniz!

Əsla gözünü qorxutmayın

Verilən əmrlər və yağdırılan təhdidlərlə bir əlaqə icra etmək o qədər də mümkün deyil onsuzda… Sevgilinizdən bir şey istədiyinizdə bu şəkildə əsla gözünü qorxutmayın. “Bu etdiyini bir dəfə daha etsən çəkib gedəcəyəm” kimi təhdid edici sözlərlə istədiyinizi əldə edə bilməyəcəksiniz. Bu sevgilinizə çox itələyici gələcək və əlaqənizə mənfi təsir edəcək.

loading...
Şərh yaz