loading...

“İstifadə etdiyiniz kremlərin keyfiyyətini artırmaq üçün onları tez-tez dəyişin” – bu sözləri “Le Salon”da fəaliyyət göstərən kosmetoloq Səbinə Salmanova deyir. Kosmetoloq bildirir ki, xanımlar bir müddət istifadə etdikləri kremlər, tonallaşdırıcı vasitələr bitdikdən sonra yenidən həmin markaya (brendə) aid məhsulu əldə edirlər. Lakin bu dəfə nəticə onların gözlədiyi kimi olmur və həmin effekt alınmır.

Buna səbəb dərinin artıq həmin vasitəyə öyrəşməsi və artıq reaksiya göstərməməsidir. Bunun üçün yaxşı olar ki, bir dəfə istifadə etdikdən sonra krem və tonallaşdırıcı vasitələri digər firmanın məhsulları ilə əvəz edəsiniz.

Qeyd edək ki, bu məsləhət həmçinin şampun və saç kremlərinə də aiddir.

loading...
SHARE
Şərh yaz