“Kabaçka, farş və pomidor ilə hazırlanmış zapekanka”

loading...

İnqrediyentlər:

  • 5 ədəd kabaçki (1,2 kq)
  • 400 q. qiymə
  • 3 orta baş soğan
  • 2 x.q tomat pastası
  • 7-8 kiçik pomidor
  • 100 q holland pendiri (olmasa da olar)
  • 4 yumurta
  • 150 qr. xama
  • Duz, istiot

Hazırlanması:

  1. Soğanı tavada yağ olmadan öldürürük, üzərinə qiyməni əlavə edirik, daha sonra tomat pastası, duz, istiot vurub yaxşıca qarışdırırıq.
  1. Kabaçkiləri sürtgəcin iri gözündən keçirib duzlayırıq, şirəsinin çıxması üçün kənara qoyuruq.
  1. Pomidorları halqalar şəklində doğrayırıq.
  1. Yumurtaları xama ilə çalırıq, üzərinə istəyə uyğun duz əlavə edirik.
  1. İstədiyimiz ölçüdə və formada kabaçkilərin yarsını tavaya düzürük, üzərinə farş və daha sonra yenə kabaçkiləri əlavə edirik. Onların üzərinə pomidorları əlavə edirik. Hazırladığımız xama-yumurta qarışığını pomidorların üzərinə əlavə edirik. Pendiri sürtgəcin iri gözündən keçirib, qarışığın üzərinə  tökürük.
  1. 180 dərəcəyədək qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.

Nuş olsun!

loading...
Şərh yaz