loading...

Kaktus evdə yetişdirilən çiçəklər arasında baxımı ən asan və su ehtiyacı ən az olan bitkidir. Bu səbəbdən rahatca evlərimizdə yetişdirə bilərik. Havadakı radiasiyanı da əmdiyi deyildiyi zamandan etibarən, evlərdə daha çox yer almağa başlamışdır. Qulluğa çox ehtiyac duymaması bir küncdə saxlamağımız mənasına gəlmir. Evdəki süni çiçəklərin belə qulluğa ehtiyacı varsa, kaktusların da əlbəttə baxıma ehtiyacı vardır.

Bəzi kaktus baxım şərtlərini bilsək gözəl çiçək açan, sağlam kaktuslar yetişdirə bilərik.

  • İşıq: Kaktus baxımında əvvəlcə işıq faktorunu nəzərə alaq. Kaktus səhra bitkisi olduğundan bol günəş işığına ehtiyac duyur. Şimal tərəfdə yox, mümkündürsə daha çox cənub tərəfdə bir yerdə saxlayacağınız kaktuslarınızın kefi yerində olacaq. Çalışın şüşəyə yaxın yerləşdirin ya da yay günlərində balkonda saxlaya bilərsiniz. Lakin birbaşa günorta günəşi altında qalmamasına diqqət yetirin.
  • İstilik: İstilik baxımından isə qış mövsümü kaktusların ən sevmədiyi zamandır. Bu mövsümdə kaktuslarınızı ola bildiyincə az sulayın. Çox soyuq otaqda deyil isti otaqda saxlayın.
  • Su: Su baxımından digər bitkilərə nəzərən çox suya ehtiyac duymur. Kran suyu ilə saxsısını çox doldurmamaq şərti ilə sulayın. Əgər suyunuz çox əhənglidirsə suyu əvvəl bir qabda yarım saata qədər gözlətdikdən sonra sulamanız yalnız kaktus üçün deyil bütün bitkiləriniz üçün daha faydalı olacaq. Bundan başqa saxsının altındakı qabda yığılan suyu atın.
  • Torpaq və gübrə: Kaktus torpağı, qalın qum və çiçək torpaq qarışığı olsa, daha məhsuldar olacaq. Əlavə olaraq istəsəniz torf və pomza qarışığı torpaq da istifadə edilə bilərsiniz. Diqqət yetirilməsi lazım olan torpağın su keçirən və əhəngsiz torpaq olmasıdır. Əsla heyvan gübrəsi verməyin. Çiçəklənmə zamanında yəni yayda bazarda  “çiçək coşduran” olaraq satılan gübrələrdən istifadə edə bilərsiniz. Qış mövsümü kaktus üçün istirahət etmə mövsümü olduğundan bu mövsümdə gübrə verməyin.
  • Saxsı dəyişdirmə: Ən uyğun saxsı dəyişdirmə zamanı isə istirahət etməkdə olduğu zamandır. Yanvar- fevral və iyul-avqust ayları bu əməliyyat üçün ən uyğun zamanlardır. Həddindən artıq torpaq və böyük saxsılar istifadə etməyin.
  • Hava: Hava baxımından kaktus nəmli və havasız mühitləri sevməz. Yayda balkonda saxlaya bilər, qışda isə içəri ala bilərsiniz. Ancaq kaktus olan otağın havasını mütəmadi olaraq dəyişin.
loading...
Şərh yaz