Kələm şarlotkasının hazırlanma qaydası

loading...

Şarlotka üçün xəmir çox sadə hazırlanır, amma dadına söz ola bilməz. İçərisinə nə lazımdırsa əlavə etmək olar – ət məhsulları, balıq, yumurta, qaynadılmış düyü, pendir, göbələk, amma, əlbəttə ki, içdə əsas inqrediyent –kələmdir.

Testin hazırlanması üçün lazım olanlar:

  • 3 yumurta
  • 1 çay qaşığı şəkər
  • 0.5 çay qaşığı duz
  • Təxminən 100 qram un
  • 1,5 çay qaşığı soda
  • Qara üyüdülmüş istiot

İçi üçün: 500 qram kələm və istənilən məhsullar əlavə edə bilərsiniz

Zövqə görə duz, istiot

Hazırlanma qaydası:

Yumurtaları şəkər, istiot və duzla yaxşıca çırpın. Əgər kələmə duzlu məhsulları əlavə edəcəksinizsə, məsələn pendir və ya bekon kimi, o zaman duz ən çox 0,5 çay qaşığı lazımdır. Əgər duzsuz məhsullar istifadə edəcəksinizsə, onda duz daha çox lazım olacaq. Qabartmanı una əlavə edin. Sıx və  axar xəmir alınmalıdır.

İçlə xəmiri qarışdırın. Yağ sürtülmüş qaba  və ya perqament kağızla döşənmiş qaba tökün. Folqanı örtüb, 220 dərəcə temperaturda olan sobada 40 dəqiqə ərzində bişirmək lazımdır. Sonra folqanı çıxardıb və qızartmaq lazımdır. Piroqu doğrayıb soyumuş vəziyyətdə servis etmək olar.

Nuş olsun!

loading...
Şərh yaz