loading...

Kəpəklə mübarizə aparmaq və ondan  həmişəlik qurtulmaq bir çox insanın arzusudur. Ümumiyyətlə kəpəyə qarşı adi şampunlar demək olar ki, kömək etmir.

Kəpək — baş dərisindən xəbər  verən simptomlardan biridir. Birdəfəlik effektə malik olan şampunlar, uzun müddət sizi bu problemdən qurtarmayacaq. Saçlar üçün yalnız xüsusi qulluq vasitələri, kəpəkdən qurtulmağa və onun yaranmasının qarşısını almağa kömək edəcək.

Səbəblər və kəpəyin müalicəsi

Kəpəyin səbəbləri müxtəlif ola bilər. Beləliklə onun müalicəsi də müxtəlif olmalıdır. Əksər hallarda kəpək baş dərisində  göbələk fəaliyyətinin güclənməsinin  nəticəsində meydana çıxır, hansı ki, hər bir insanın başında var.

Hormonal fonun dəyişikliyi, yeni qulluq vasitələrinin seçimi və ya adi stress onun yaranmasını provokasiya edə bilər.

Kəpək olduqda, saçlar zəifləyir. Buna görə saçların düzgün bərkidilməsi lazımdır.  Aptekdən müalicəvi şampunlar əldə edə bilərsiniz. Vitaminli zərdablardan istifadə edin və ya öz rasionunuza vitaminlər əlavə edin . Bu yalnız kəpəklə mübarizə aparmağa deyil, həm də saçların artmasını sürətləndirməyə və sağlam tellərin sahibi olmağa sizə kömək edəcək.

Kəpəyin ikinci yayılmış səbəbi —  yanlış qurutmadır. Dəri kifayət etməyən nəmləməyə görə qabığı soyulmağa başlayır. Xüsusi nəmləndirən maskalardan və şampunlardan istifadə edin.  Fendən mümkün qədər az istifadə edin.

Kəpəklə necə mübarizə aparmaq olar?

Kəpəyin yaranması baş dərisinin xüsusi qulluq vasitəsinə və müdafiəyə ehtiyac duyduğundan xəbər verir. Yanlış seçilmiş vasitə onun qıcıqlanmasını daha da gücləndirə bilər. Müalicə prosesində yumşaq şampundan istifadə edin və supermarketlərdə təklif edilən vasitələrdən imtina edin.

Kəpəklə effektiv mübarizə aparmaq üçün qidalanmaya xüsusi əhəmiyyət vermək lazımdır, stress vəziyyətlərinin azalmasına və hormonal problemləri həyatınızdan çıxarmağa çalışın.

Ev şəraitində kəpəklə necə mübarizə aparmaq olar?

  1. Kefir və arağın bərabər hissələrini qarışdırın.
  2. Üzərinə 1 toyuq yumurtasını əlavə edin.
  3. Bütün məhlulları yaxşıca qarışdırırıq, 10 dəqiqə ərzində alınmış qarışığı baş dərisinə sürtürük.
  4. İlıq suyla yuyub təmizləyirik.

Çay maskası

  1. çay dəmlənməsinin üzərinə 1 çay qaşığı araq, gənəgərçək yağı əlavə edib yaxşıca qarışdırın.
  2. Bu qarışıqla başı isladırıq və bir neçə saat sonra isti suyla yuyub təmizləyirik.
  3. Həftədə 2 dəfə prosedura yenidən təkrarlayırıq.

[pull_quote_center]

Yadda saxlayın! Əgər yuxarıda göstərilən üsullar kəpəklə mübarizə aparmağa kömək etmirsə, dermatoloqa baş çəkməniz daha məqsədə uyğun olacaq.[/pull_quote_center]

loading...
Şərh yaz