Kim kiminlə duet oxumaq istəyir? – sorğu

loading...

“Star life” verilişi müğənnilər arasında sorğu apararaq, onların bəyəndikləri duetləri və birlikdə oxumaq istədikləri həmkarlarının adlarını öyrənib.

Günay İbrahimli – Miri Yusiflə Zülfiyyə Xanbabayevanın “Dostum”, Röya ilə Samirə Allahverdinin “Dəli küləyim”, Tünzalə Ağayeva ilə Əbdül Xalidin “Hardasan” duetlərini bəyənirəm. Duetlərə “stop” demişəm. Çox təkliflər gəlib. Bu cür oxumaq pisdir, qarşılıqlı anlaşılma olmur.

Emil Bədəlov – Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin duetini bəyənməyən yoxdur.

Xəyyam Nisanov – Miri Yusiflə Zülfiyyə Xanbabayeva, Miri Yusiflə Nigar Camal duetlərini xoşlayıram. Bir də son zamanlar Sevda Yahyayeva ilə Zamiq Hüseynovun duetini bəyənirəm. Röya ilə duet yazdıq. Bir dənə də maraqlı sürpriz olacaq.

Sevil və Sevinc – Miri Yusiflə Zülfiyyə Xanbabayevanın duetinə söz ola bilməz. Yeganə Ramal İsrafilovla duet oxumaq istəyərdim, başqa heç kimlə.

Əbdül Xalid – Elnarə Xəlilova ilə Gökhan Erol, Zülfiyyə Xanbabayeva və Miri Yusif, Faiq Ağayev və “Dostlar” qrupunun duetlərini xoşlayıram. Sibel Canla, Röya ilə duet oxumaq istəyirəm.

Xatun – Miri Yusiflə Zülfiyyə Xanbabyevanın dueti gözəldir. Eyyub Yaqubovla oxumaq üçün ürəyim gedir. Heç kimlə dueti olmayıb, birinci mənimlə olsun, istəyirəm.

Elçin Hüseynov – Röya ilə Tunar Rəhmanoğlunun duetini dinləyirdim. Kiminləsə duet oxumaq istəyəndə elə bilir ki, onun reklamından istfiadə edirsən.

Zarina Məmmədova – hamısının öz yeri var. Tam səmimi deyirəm, hamısı özünə görə gözəldir. Hərə özünə uyğun oxuyub. Kiminləsə duet oxumaq arzum, istəyim yoxdur, gələcəkdə ola bilər.

Aysel Əlizadə – Sevda Yahyayeva və Elçin Cəfərovun “Səni sevirəm” dueti maraqlıdır. Xaricilərdən Murat Dalkılıç, Tarkan, Enriki İqlesiasla duet istəyərəm. Niyam Səlami – Röya ilə özümün oxuduğum “Ay ürəyim”, Elçin Cəfərovla Sevda Yahyayevanın “Səni sevirəm” duetini bəyənirəm. Tədbirlərdə də bunların oxunmasını istəyirlər.

Elariz Məmmədoğlu – Duet deyəndə Brilliant Dadaşova ilə Akif İslamzadə ağlıma gəlir. Onlar şou-biznes nümayəndələri sayılmırlar, incəsənət adamıdırlar. Duet haqda heç fikirləşmirəm.
İlhamə Qasımova – Elşad Xose ilə Röyanın və Elşadla Elnarə Xəlilovanın duetini bəyənirəm. Arzum xarici ulduzlarla oxumaqdı, o da həyata keçməyib. Burada isə Pərviz Mahmudovla ifa etməyi düşünürük.

loading...
Şərh yaz